Icma.az
close
up
RU
Ayaqqabıların həkimi Zahid ustayla SÖHBƏT

Ayaqqabıların həkimi Zahid ustayla SÖHBƏT

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəhmət olmasa, gün-güzəran olmaz. Hər sənətin, hər peşənin arxasında bir həyat hekayəsi, alın təri və əsl zəhmət dayanır. Nizami Gəncəvinində dediyi kimi:


"Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək."


Çəkməçilik—əsrlər boyu davam edən, amma bu gün tələbatı azalan sənətlərdən biridir. "Zəhmət olmasa..." rubrikamızın bu dəfəki qəhrəmanı, hər gün əməyi ilə insanların yükünü yüngülləşdirən çəkməçi Zahid Abdullayevdir, öz diliylə desək, sadəcə Zahid usta.

İçərişəhər metrosunun yaxınlığında, kiçik bir emalatxana. İçəri girən kimi dərinin və yapışqanın özünəməxsus qoxusu duyulur. Rəflərdə müxtəlif ölçü və formalarda ayaqqabılar düzülüb—bəziləri təmir olunmağı gözləyir, digərləri isə sahibinə qaytarılmağa hazırdır. Emalatxananın sakit, səliqəli guşəsində Zahid usta iş başındadır.

Rubrikamız üçün çəkməçi axtararkən haqqında ən çox eşitdiyimiz sözlər "mehriban" və "səbirli" idi. Həqiqətən də, Zahid usta 45 ildən çoxdur ki, bu peşənin içindədir və hələ də eyni həvəs və səbirlə işinə davam edir.


— Salam, Zahid usta! Uzun axtarışdan sonra sizin kimi təcrübəli bir çəkməçi tapdıq.


— Neçə ildir bu sənətdəsiniz?

— Mən bu sənətə çox erkən yaşda gəlmişəm. İşə başlayanda cəmi 13-14 yaşım var idi. (Bir qədər fikirləşir.) 1980-ci ildən bu işlə məşğulam, yəni hardasa 45 ildir.


— Bu sənətə necə gəldiniz?

— Açığı, çəkməçilik uşaqlıqdan arzuladığım peşə deyildi. Mən memar olmaq istəyirdim. Peşə məktəbində tikinti üzrə oxuyurdum, çertyoj çəkməyi, layihə hazırlamağı çox xoşlayırdım. Qardaşım isə çəkməçiliklə məşğul olmağa başladı. O tikintidə çalışırdı, mən isə axşamlar ona kömək edirdim. Sonra gördüm ki, bu sənət də maraqlıdır. Qismət məni bu peşəyə gətirdi.


— Memarlıqdan imtina edib çəkməçiliyi seçməyə peşman deyilsiniz?

— Yox, əsla! Çünki bu sənət mənə dolanışıq gətirib. İşim var, emalatxanam var, çörəkpulum çıxır.


— Bura sizin şəxsi emalatxananızdır, yoxsa kirayədir?

— Əvvəllər mənim deyildi, amma dövlət bağışladı. 1997-ci ildə bura yerləşmişəm. O vaxt çox kiçik, taxta daxma idi. Sağ olsun qonşularım, çox köməklik etdilər. Əvvəl müştəri yığmaq çətin idi, amma zamanla özümə daimi müştərilər qazandım.


— Çəkməçiliyə tələbat əvvəlki illərlə müqayisədə necədir?

— Çox azalıb. Sovet vaxtı insanlar əsasən dəri ayaqqabılar geyinirdi. O ayaqqabılar 6-7 il istifadə olunurdu. İndi isə əksəriyyət sintetik materiallardan hazırlanmış ucuz ayaqqabılara üstünlük verir. Bax, məsələn... (rəfdən bir ayaqqabı götürüb göstərir) bu ayaqqabı maksimum 1-2 il geyiniləcək. Materialı zəifdir, tez sıradan çıxır. Çox adam ayaqqabısı cırılanda gətirib təmir etdirmək əvəzinə yenisini alır.


— Müştəriləriniz daha çox kimlərdir—imkanlı şəxslər, yoxsa maddi sıxıntı yaşayanlar?

— Müxtəlif müştərilərim var. Maddi vəziyyəti aşağı olanlar əsasən təmir üçün gəlirlər. İmkanlılar isə daha çox dəridən sifarişlə ayaqqabı tikdirir və ya ayaqqabılarını parıldatdırırlar. Məsələn, Aydın müəllim—deputatdır. (P.S. Hansı Aydın bəy olduğu dəqiq bilinmir.) O, bura yalnız ayaqqabısını parıldatmaq üçün gəlir. Çünki məndə Türkiyədən gətirilən xüsusi ayaqqabı mazları var.


— Sizin işinizin ən çətin tərəfi nədir?

— Bu peşədə ən vacib şey səbirdir. Hövsələn yoxdursa, sənətkar ola bilməzsən. Çox adam elə bilir ki, usta və sənətkar eyni şeydir. Amma böyük fərq var. Usta bir şeyi düzəldir, təmir edir, sənətkar isə işinə öz yaradıcılığını qatır, yenilik gətirir.


— Bəs siz özünüzü usta sayırsınız, yoxsa sənətkar?

— (Gülümsəyir.) Onu müştərilər bilər, mən yox.


— Sıfırdan ayaqqabı hazırlayırsınız?

— Hə, dəridən. Amma sifarişlə. Məsələn... (rəfdən bir idman ayaqqabısı götürür) bunu oğlum üçün tikmişdim, rəngi xoşuna gəlmədi deyə geyinmir. Mən də bir-iki dəfə geyinmişəm, sonra qalıb belə.

— Daha çox kimlər ayaqqabı gətirir—kişilər, yoxsa qadınlar?

— Qadınlar. Təxminən 70 faiz müştərim qadınlardır.

— Müştərilər yayda çox olur, yoxsa qışda?

— Qışda. Yağış, qar yağanda insanlar botinka tikdirirlər və ya ayaqqabılarını təmir etdirirlər. Yayda isə insanlar daha çox istirahətə gedirlər.

— İş yeriniz çox rahat görünür. İstiliyi də yaxşıdır.

— Hə, elədir. Şükür, üşümürəm. Çay qoyaq, içərik. (Qalxıb su isidicini doldurur.)

— Bu sənəti kiməsə öyrətmisiniz?

— Öyrənmək istəyənlər olub, amma çoxu 1-2 həftəyə bezib gedir. Bu iş diqqət və səbirlə yanaşmağı tələb edir.

— Avadanlıqlarınız diqqət çəkir. Kiçik emalatxananızda çox texnika var. Neçəyə almısınız bunları?

— Heç nə. Dövlət verib. Çox işimə yarayır.

— İş rejiminiz necədir?

— Həftənin altı günü, səhər 9-dan axşam 7-yə qədər işləyirəm. İşlədiyim vaxt ərzində sənətimi həm də yaşatmağa çalışıram. Düzdür çəkməçilik qədim sənətdir. Hətta 26 noyabr Beynəlxalq Çəkməçilər Günü kimi qeyd olunur. Bu sənət bizdən əvvəl olub, bizdən sonra da olacaq. Ancaq mən yenə də əlimdən gələni edirəm

— Son olaraq sizi "ayaqqabıların həkimi" adlandırmaq olar?

— Əlbəttə! Necə ki, həkim xəstəni müalicə edib onun ömrünü uzadır, biz də ayaqqabılara yeni bir həyat veririk. Yəni, bəli, biz ayaqqabıların həkimiyik!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri