Icma.az
close
up
RU
AYAZ İMRANOĞLUNUN “KOMUTAN” ROMANI BİR YOL GEDİR BİZİM KƏNDƏ...

AYAZ İMRANOĞLUNUN “KOMUTAN” ROMANI BİR YOL GEDİR BİZİM KƏNDƏ...

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Yaradanın şah əsəri olan insan doğulduğu, üstünə ayaq basıb yeridiyi, suyu, çörəyi və havası ilə qidalandığı torpağa Vətən deyir. O, qoynunda böyüyüb boya-başa çatdığı torpağın müqəddəsliyini hiss edir və bunun üçün də onu müdafiə etməyə, qorumağa və yolunda canından keçməyə hər zaman borclu olduğunu duyur. Elə insanlar var ki, bu duyğuların fərqinə varmır, öz ömrünü adi bir həyat tərzi kimi yaşayır, heç bir iz qoymadan dünyadan gedir. Amma, elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir, özündən sonrakı nəsillərə, insanlığa örnək olur. Onların içində elələri də var ki, bəlkə də bir anın içindəcə ən böyük qəhrəmana çevrilərək əbədiyyətə qovuşur. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı çəkiləndə hamı baş əyir.

Millətin şərəfini qoruyub, başını göylərə ucaldanlar, millət üçün, xalq üçün canını fəda edənlər, o millətin tarixini yaradanlardır. Hər bir millətdə, hər bir dövlətdə tarixin hər hansı bir zaman kəsiyində elə bir insanlar olmuşdur ki, onlar tarix səhifələrində özünəməxsus iz buraxmış, şərəfli ad qoymuşlar. Belə qəhrəmanlar haqqında nağıllar, dastanlar qoşulur, şeyirlər, romanlar yazılır, nəğmələr oxunur.

Torpaqlarımızın azadlığı, milli qürurumuzun qaytarılması və 30 illik həsrərimizin sona çatması uğrunda mübarızə aparan, döyüşən və canından keçən şəhid Vətən oğlulları haqqında roman yazmaq çox ağır və məsuliyyətli bir işdir. Hələ bu şəhid Vətən Müharibəsi Qəhrəmanıdırsa çiyninə götürdüyün yükün ağırlığı daha da artır. Yazıçı Ayaz İmranoğlu belə ağır yükü çiynlərinə götürərək Vətən Müharibəsi Qəhrəmanı kapitan Surxay Noçuyevin əziz xatirəsinə həsr etdiyi “Komutan” adlı yeni romanını oxuculara təqdim edib.

Romanda yazıçı sanki kapitan Surxay Nocuyevə qoşulub Füzulidən Şuşaya bir yol gedir. Surxay döyüşdən-döyüşə atılarkən yazıçı da öz təxəyyülünün gücünü işə salaraq qəhrəmanının duyğularını anlamağa, xarirələrini dinləndirməyə çalışır.

Çox oxunaqlı dildə yazılmış roman adamı öz ağuşuna alıb aparır. Romanı oxuduqca mən də bir oxucu kimi onlara qoşuluram. Biz üçümüz – qəhrəman, yazıçı və oxucu birlikdə yola çıxırıq. Yol irəlilədikcə beynimdə illər əvvəl yazdığım bir şeirin ilk misrası təkrarlanır: “ Bir yol gedir bizim kəndə...”

Saurxay döyüşərək, Ayaz İmranoğlu bu səhnələri qələmə alaraq, mən də yazılanları oxuya-oxuya beynimdə təkrarlanan misralarla yol gedirik:

Bir yol gedir bizim kəndə - O yol od-alovdan keçir.

Bu yolda dözüm, mətanət, ağrı-acı, ölüm-itim var – O yol pisi-yaxşıdan, mərdi namərddən seçir.

Bu yol onun, sənin, mənim kəndimdən keçir – O yolu tapmaq nə çətin.

Bu yol düz yol deyil, dolanbac bir yoldur - O yolu getmək nə çətin...

Bu yol həsrətlə çatmaq istədiyimiz Şuşaya doğru qalxır – O yolun sonunda bitir, mənim Vətən həsrətim.

Bu çətin yolda Ayaz İmranoğlu incə nüanslarla Surxayın ömür yoluna nəzər salır, onun uşaqlıqdan bu yana həyatındakı ən xoş günlərini, arzu və istəklərini xatirələr qanadında yada salır. Yazıçı döyüşə hazırlaşan qəhrəmanının döyüşə qədərki həyat yolunu təsvir etməklə, sanki - insan qəhrəmanmı doğulur, yoxsa qəhrəman kimi yetişir? - sualına cavab axtarır. Surxayın şəxsi keyfiyyərləri, bir uşaq kimi davranışı, gənc kimi arzuları və seçimləri, bir yetkin kimi öz yolunda qətiyyətlə addımlaması sanki qəhrəmanlığa aparan yolun bələdçisidir.

Roman Surxay Noçuyevin qısa və şərəfli həyat yolu ilə bərabər həm də milli kimliyimizi təbliğ edir. Yazıçı ustalıqla mifalogiyaya baş vuraraq Oğuz xanı ilə ananın söhbətini qələmə almaqla sanki yeni doğulmuş uşağın gözlərindəki işıqla “Türk tanrının övladıdır”, “Tanrı türkü döyüşçü yaradıb” ifadələri arasında metafizik bir əlaqəni diqqətə çatdırmaq istəyir. Yazıçı romanda Surxayın keçdiyi nümunəvi həyət yolunu təsvir edərkən milli dəyərlərimizi özündə əks etdirən ailə mədəniyyəti, böyüyə hörmət, valideyinə hörmət, anaya məhəbbət kimi ali dəyərlərin, qarşılıqlı anlaşma mədəniyyəti, təvəzökarlıq, humanizm, insanlıq və qəhrəmanlıq kimi müsbət xüsusiyyətlərin bir gəncin simasında birləşdiyini göstərməklə milli mədəniyyəti və milli özünütəsdiqi də təbliğ etmiş olur.

“Uğurun, Fidanın, bütün Azərbaycan uşaqlarının sabahları aydın olsun deyə Surxay və silahdaşları silaha sarılmış, işğalçı düşmənlə haqq savaşına qalxmışdılar”- deyir, Ayaz İmranoğlu. Bu haqq savaşında ölümü gözə alan qəhrəmanımız da “canımız Vətənə fəda” - deyir.

Hələ 5 yaşında Zəngilan rayonu Məmmədbəyli kəndindən məcburi köçkün düşən Noçuyev Surxay Əbdül oğlu 27 ildən sonra bu kəndə ayaq basan ilk kənd sakini oldu. O, 32 yaşında öz doğma kəndinə qalib kapitan kimi qayıtdı. Onun kimi yurd həsrəti çəkən minlərlə həmvətənlisinin həsrətinə son qoymaq üçün üzü yuxarı - Şuşaya doğru yol aldı. Vətən fədaisi kapitan 44 günlük yolun sonuna yarım gün qalmış Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidliyə ucaldı. Və bu yolun sonunda bizə deməyə yalnız bu sətirlər qaldı:

Füzulidən Şuşayacan məğrur bayraqdar Şəhid!

Qaldıq Ruhun qarşısında sonsuz minnətdar, Şəhid!

Dünyada hər şey gözəldi - həyat gözəldi, yaşamaq gözəldi, sevmək gözəldi, sevilmək gözəldi. Bu həyatı sevərək yaşamaq daha da gözəldi. Amma sən demə bundan da gözəl şeylər varmış. Məsələn, öldükdən sonra insanların qəlbində, tarixin səhifələrində yaşamaq. Amma bu gözəllik hər kəsə nəsib olmur. Sevərək yaşadığın həyatı Vətən sevgisinə qurban verərək sevdiyin həyatla və sevdiklərinlə vidalaşmaq, əbədi ölməzliyə - şəhidlik zirvəsinə ucalmaq və ÖLƏRƏK YAŞAMAQ.

“Komutan” romanını oxuduqca oxucunun ürəyində bir Surxay özünə yurd salır. Roman bitsə də artıq Surxay sənin ürəyindədir. Səninlə nəfəs alır, səninlə addımlayır, səninlə düşünür, səninlə yaşayır. Vətənin bir parçası olaraq ürəyinə aldığın Surxay elə ürəyindəcə böyüyüb Vətən olur.

Siz həmişə bizim ürəyimizdə yaşayacaqsınız millətin qürurünu özünə qaytaran, vətənin torpaqlarını azad, başını uca edən Vətən şəhidləri. Nurunuz qaranlıqları yardı, dünyamızı işıqlandırdı, səmamızı aydınlaşdırdı.

Vətən uğrunda canından keçən, ürəyimizdə böyüyüb Vətən olan vətən oğulları, ruhunuz qarşısında baş əyir və deyirəm ki, cavan canınızı fəda etdiyiniz üçün, bizə qələbə qürurunu yaşatdığınız üçün, 30 illik həsrətimizə son qoyduğunuz üçün, vətənimizi bizə, bizi vətənimiziə qaytardığınız üçün sizə minnətdarıq.

Asya Əhmədova

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see170

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see124

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri