Icma.az
close
up
RU
Bir yol gedir Kolanıya…

Bir yol gedir Kolanıya…

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yenə yol üstəyəm. Bu dəfə Qarabağın aran tərəfinə-Tərtərədir yolum.

Bir çayın adını daşıyan, özü də çay kimi çağlayan yurda, hər daşında bir iz, hər torpağında bir nəfəs gizli qalan ata yurduma gedirəm.

Qarabağın ürəyində – ön cəbhədə dayanan qəhrəman şəhər deyirlər ona. Sınsa da, sınmayan, yansa da, yanmayan.

1990-cı illərdən bu yana, 2020-ci ilin 44 günlük Vətən müharibəsinə qədər Tərtər ön cəbhədə yerləşdiyinə görə çox güllə-baran olub, ciddi dağıntılar yaşayıb. Məğlub olmayıb…Qonşuya qardaş, sipər olub illərlə.

Tərtər dirənişin adı, səbrin simvolu, igidliyin dastanı kimi adını tarixə yazdırıb.
Kür-Araz ovalığının qərb hissəsində yerləşən şəhər və inzibati rayonun əhəmiyyəti bu səbəbdən də həm tarixi, həm də coğrafi baxımdan böyükdür.
Qarabağın bağrında yerləşən bu torpaq yalnız təbiəti ilə deyil, insanlarının iradəsi ilə də ucalır. İllərdir düşmənin atəşi altında sınmayan, hər gün sınaqlardan keçən Tərtər xalqı övladlarını da torpaq kimi dözümlü və vəfalı, su kimi saf, çay kimi coşqun böyüdüb.

Qəhrəman torpağın qəhrəman sakinlərini ziyarətə gedirik.

Rayonun girəcəyində bir kənd var Kolanı adında. Əvvəlki adı Hacıqərvənd olan bu qədim kəndin camaatı da bir başqa fərqlidir özü kimi… Buradakı insanların səbrini, dözümünü dağa bənzədirəm mən Qarabağa sipər olan. Bir başqadır yurdumun insanı…

Şəhidimə, Vətənimə olan bağlılığım bir başqadır mənim, ondandır bəlkə, belə insanlar gördükcə, belə amalların şahidi olduqca qəlbim riqqətə gəlir fərəhdən, qürurdan. Qəlbdən qəlbə yol var, axı.

Amalımın bənzədiyi yerdən yapışıram mən də…

Kəndin alaqapısı deyilən bir yer var üstünə adı yazılan. Ordan içəri burulan asfalt yoldan başlayır hər şey. İlk addımdan xatirə lövhələri əks olunmuş abidə cəlb edir diqqətimi. Tərtər-Kolanı şəhidlərinin biri-birindən yaraşıqlı şəkilləri boylanır ordan, sanki gələn qonağını qarşılayır. Kimliyini yoxlayan bir əsgər duruşu var o abidənin önündə. Dümdüz kəndə sarı gedən yolun kənarı boyunca növbəli əkilən şam və küknar ağacları göz oxşayır. Bu sahmanlı yol kəndin girəcəyindən ta çıxışına qədər uzanır. Hər yerdə səliqə-səhman hiss olunur. Kəndin mərkəzindəki köhnədən “idarə” , “xırman” deyilən yerdə tikilən şəhid bulağı və kiçik şəhid parkı qəhrəman oğullarına hörməti təcəssüm etdirir. Su kanalından ayrılıb ərazidən keçən “Xələc” arxı kəndin ətrafı ilə öz axarında axır, kəndin yaşıllığına xidmət edir o da.
Ümumiyyətlə, bu kənddə bir nizam-intizam, bir qayda-qanun hiss olunur hər yerdə. Sanki insanlar kəndin abadlığını keşiyində dayanan sıravi əsgərdirlər. Hər yerdə səliqə-səhman, abadlıq gözə çarpır.

Ən təsirləndiyim yer isə şəhidimin anıldığı guşələrdir; xatirə lövhələri, abidələr, bulaqlar, kiçik istirahət parkını xüsusi kövrəkliklə, qürur hissi ilə izləyirəm. Əməyi olan hər kəsin əlindən öpmək gəlir içimdən. İstər-istəməz hər kəsi maraqlandıran bir məqam var; “kimdir bu işlərin səbəbkarı və ya təşəbbüskarı?”

Kənddə illər öncə yaşayan bir neçə tanınmış nəsil öz adları və ya soyadları ilə tanınır və kəndin bəlli bir hissələri də onların adı ilə tanınır. Bunlardan biri də Mehdiyevlər soyadı ilə bağlı tanınan, əvvəllər “Mehdilər kövəri” deyilən ərazidir.
Bayaqdan bəri sorağında olduğum bu qəhrəman adam da kənd sakini (ya da fədaisi) Mehdiyev Mehman İsmayıl oğludur.

Kolanı kəndinin giriş darvazasından başlayaraq bu adamın əməyi hər yerdədir.
Azərbaycan Türkiyə qardaşlığını əks etdirən simvolların yerləşdiyi kəndin girişindən başlayır Mehman Mehdiyevin izi…

1-ci Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin şəhidlər kompleksi, kəndə xüsusi gözəllik verən yol boyu isıq dirəklərinin inşası və işıqlandırılması, kəndin girişindən mərkəzinə qədər 550 ədəd xan çinarlarının əkilməsi, müasir tipli 3 ədəd dayancaqların tikilməsi, şəhidlərimizin xatirəsinə inşa edilmiş ,kənd camaatının rahatlığına xidmət edən üç ədəd “Ehsan bulağı” məhz bu adamın maddi, mənəvi, fiziki əməyinin bəhrəsidir. Öz elinin həm ağsaqqalı, yeri gələndə isə həm də zəhmətkeş fəhləsidir bu adam.
Bütün kənd yollarının daimi rahatlığı, kənd qəbirstanlığının və yolların mütəmadi təmizlənməsi, su xətlərinin çəkilməsi onun adına, əməyinə bağlıdır.
44 günlük müharibə dönəmində Suqovuşan və Talış istiqamətində döyüşən hərbiçilərə daima öz şəxsi vəsaiti hesabına yardım etmiş bu adama el oğlu desək, tam yerinə düşər.

Ağıllarda yaranan sualı da oxuyuram indidən… Mehman Mehdiyev biləyinin haqqına yaşayan bir insan, sıravi kənd vətəndaşıdır. Sadəcə qazancının tamamı el üçündür onun…

Gördüyü işlərin nəticəsi olaraq dövlət tərəfindən və rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və medallarla təltif olunmuşdur. Şəhidlərimizə, qazilərimizə göstərdiyi diqqət və qayğıya görə Respublika Əlillər Cəmiyyətinin fəxri üzvü seçilmiş, medallar və fəxri fərmanlara layiq görülmüşdür. Dövlətə və dövlətçiliyə daim sadiq biri olan bu adamı daha dərindən tanımaq və tanıtdırmaq isə mənim vətənpərvərlik borcum olsun o zaman. Niyəsini soruşsanız, Vətən sevdası deyərəm. Vətənə canını siqdi ürəkdən verən, təmənnasız sevən və xidmət edən bütün fədailərə- şəhidimə, qazimə, eləcə də Mehman kimi belə görünməz qəhrəmanlara canımı da verərəm.

Vardır hər obanın bir qəhrəmanı. Bu kəndin el üçün alışanı da Mehdiyevlərin Mehmanıdır. Yolunuz düşsə, Tərtər elinə, Kolanı mahalına baş çəkərsiniz.

Qonaqpərvər Qarabağ camaatının bir stəkan çayını içmək bəhanəsi ilə yazdıqlarımın əyanisini görməyə gəlin. Siz gəlin, mən də növbəti qəhrəman sorağına çıxacam…

Gülər Mübariz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri