Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” ÖZƏL
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi ilə bağlı müzakirələr başlayıb. İttifaqdan verilən məlumata görə, yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin 40 mərasimindən sonra baş tutacaq.
Bununla bərabər, mediada Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Akif Əlinin bu posta seçilmə şansının yüksək olduğu yazılıb.
Əməkdar incəsənət xadimi, ittifaqın keçmiş üzvü Ayaz Salayev məsələ ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, İttifaqdan ona sədrlik təklifi gəlsə belə, qəbul etməz:
“Mən oranın üzvü deyiləm. Heç bir münasibətim yoxdur. Oradakı işlər məni qətiyyən maraqlandırmır. Mənə sədrlik də təklif olunsa, heç vaxt qəbul etmərəm! Vaxtilə demişdim ki, o təşkilatlar birləşsə, mən oradan ayrılacağam. Dediyimi etdim. Heç vaxt oranın üzvü ola bilmərəm. Qətiyyən kimin seçiləcəyi məni maraqlandırmır. Hər halda orada Şəfiqə Məmmədovadan başqa görkəmli şəxsiyyət yoxdur”.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 31 Mart 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















