Icma.az
close
up
RU
Zərdabinin heykəli ortada qaldı “Bu, müsbət, amma gecikmiş qərardır”

Zərdabinin heykəli ortada qaldı “Bu, müsbət, amma gecikmiş qərardır”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Həsən bəy Zərdabinin heykəlinə sahib durmaq təklifinə dair mövqeyini açıqlayıb.

"Yeni Sabah" xatırladır ki, Xalq yazıçısı Anar Rzayev İçərişəhərdə yerləşən Ensiklopediya binası qarşısında milli mətbuatımızın banisinə aid heykəlin oradan götürülməsini təklif edib.

AYB sədrinin sözlərinə görə, binanın birinci mərtəbəsində "La Quzu" restoranı fəaliyyət göstərir, buna görə də Həsən bəy Zərdabi heykəli hazırda restoranın “qapıçısı” təəssüratı yaradır.

Anar Rzayev heykəlin Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxasındakı bağa köçürülməsini təklif edib. 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən “Yeni Sabah” bildirilib ki, sözügedən bağ universitetə məxsus deyil və Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır:

"Buna görə də təkliflə bağlı münasibət bildirmək üçün müvafiq quruma müraciət etməyinizi xahiş edirik”.

Bakı Şəhər İcra Hakimiyyətində isə parkın onların balansında olmadığını, “Bakı Abadlıq” MMC-yə aid olduğu vurğulanıb.

“Bakı Abadlıq” MMC-dən isə fərqli yanaşma səsləndirilib. Qurumdan bildirilib ki, ərazi onların balansında olmasa da, müqavilə əsasında həmin sahədə yaşıllıqlara qulluq, abadlıq və təmizlik işləri həyata keçirilir:

“Sözügedən bağ Bakı Abadlıq Xidmətinin balansında deyil. Həmin ərazi Bakı şəhər icra orqanlarının balansındadır, MMC yalnız müqavilə əsasında orada qulluq işləri həyata keçiririk. Yəni yaşıllıqlara baxılması, onların solmamasının təmin edilməsi, həmçinin abadlıq və təmizlik işləri bizim öhdəliyimizə daxildir”.

Qurumun ictimaiyyətlə əlaqlər şöbəsinin rəhbəri Lalə Əliyeva şəxsi mövqeyini də ifadə edib:

“Heykəlin yerinin dəyişdirilməsi məsələsinə gəldikdə, bir ziyalı kimi hesab edirəm ki, bu, müsbət, amma gecikmiş qərardır. Əvvəllər Zərdabinin arxasında ensiklopediya yerləşirdi, indi isə həmin yerdə “La Quzu” restoranı fəaliyyət göstərir. Mən özüm sosial şəbəkə hesabımda dəfələrlə bunun doğru olmadığını qeyd etmişəm.

Şəxsi olaraq Anar Rzayevin təklifilə tam razıyam, lakin qurum olaraq bu, səlahiyyətimizdə olan məsələ deyil. Təklifi alqışlayırıq və ümid edirik ki, heykəl köçürüləcək”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri