Icma.az
close
up
RU
Aydın Hüseynov: “Radikal müxalifət Tofiq Yaqublunun timsalında “saman çöpündən” yapışaraq ölkəmizə qarşı təzyiqlərin artacağını düşünür”

Aydın Hüseynov: “Radikal müxalifət Tofiq Yaqublunun timsalında “saman çöpündən” yapışaraq ölkəmizə qarşı təzyiqlərin artacağını düşünür”

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dağıdıcı, radikal müxalifətin bir məqsədi var, o da ölkədə sabitliyi pozmaq, beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmək, ölkəmizin nüfuzuna xələl gətirmək. Bunun üçün hətta cinayətkardan, terrorçudan, vətən və dövlət xainindən, bir sözlə, ən kiçik hadisədən istifadə edir. Bu günə qədər Qərb dairələrindən, xüsusən, Avropadan aldıqları əmrlərlə dövlətimizə qarşı qarayaxma kampaniyasının önündə gediblər. İnsanların taleyi ilə oynayırlar, kiçik etirazı Avropa qurumları səviyyəsində müzakirəyə çıxarmaqla, bir fərdin narazılığını beynəlxalq təşkilatların ölkəmizə qarşı əks-təbliğat menyüsünə daxil etməklə çirkin niyyətli olduqlarını sübuta yetirirlər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov müxalifətin həbsdə olan Tofiq Yaqublunun aclıq aksiyasına görə planlaşdırdığı mitinq barədə danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir, qanunları pozanın kimliyindən asılı olmayaraq layiqli cəzanı almasında anlaşılmayan heç nə yoxdur: “Əgər kimsə düşünür ki, hər hansısa bir partiyada təmsil olunmaq onu törətdiyi cəzadan sığortalayır, o səhv edir. Hər kəs qanun qarşısında bərabərdir. Bu gün dünyada yeni nizamın, yeni düzənin formalaşmasına cəhdlər edilir. Bəzi ölkələr sistemli şəkildə, yeniliyi milli maraqlar üzərində qurmaq yolunu tutur və həmin ölkələrin uğur qazanmaq şansları böyükdür. Belə ölkələrin müstəqil siyasət yürütmələri onların işinə yarayır. Asılı, qeyri-müstəqil dövlətlər də var ki, onlar asılı olduqları dövlətlərin diqtəsi altında siyasət yürüdürlər. Qərbdəki bəzi dairələr Azərbaycanı “sözəbaxan ölkə” statusuna gətirmək üçün dəridən-qabıqdan çıxırlar. Radikal, dağıdıcı müxalifət Tofiq Yaqublunun timsalında “saman çöpündən” yapışaraq ölkəmizə qarşı təzyiqlərin artacağını və nəticədə öz çirkin məqsədlərinə çatacağını düşünür. Azərbaycanın beynəlxalq nüfuzu artdıqca bunu qəbul etmək istəməyənlərin də səsini eşidəcək, uğursuz qarayaxmalarının şahidi olacağıq”.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see122

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri