Icma.az
close
up
RU
Zahid Oruc: “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...”

Zahid Oruc: “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...”

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tofiq Yaqublunun həbsxanada aclıq aksiyası bilavasitə dövlətə, hakimiyyət orqanlarına təsir və təzyiq üçün idi. O cümlədən bu və ya digər formada beynəlxalq təşkilatlarla Azərbaycan hakimiyyəti arasındakı münasibətlərdə adının keçməsini istəyirdi. Bəlli dairələr də bundan faydalanmağa çalışırdılar. Halbuki gördüyünüz kimi, son günlər ərzində bu kampaniya gedərkən Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyaları Tofiq Yaqublunu qurbana çevirərək onun üzərindən xəyali, ehtimali ölümü ətrafında kampaniyalar təşkil etdilər. Hakimiyyətin obrazını qara boyalarla təqdim etdilər. Bu qələbə hadisəsindən, uğur hekayəsindən millətin gələcək strateji ideallarını doğrultmaq, seçdiyi kursdan daşındırmaq üçün bundan yararlanmağa cəhd göstərdilər. Əmin olun ki, Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən elə həmin qüvvələrdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

“Ssenari baş tutmadı. Onlar istədiklərinə nail ola bilmədilər. Baxmayaraq ki, Nazirlər Kabinetinin müxtəlif təlimat və qərarları mövcuddur. Məhkum edilmiş şəxslərlə bağlı hansı hallarda aclığın məcburi dayandırılması, qidalanma və s. məsələlər də orada əksini tapıb. Bu həssas regional və beynəlxalq təhlükəsizlik problemlərinin danışıldığı bir zamanda daxildən belə cəbhələrin açılmasını yanlış hesab edirik. Digər tərəfdən müxtəlif qüvvələr, insan hüquqları təşkilatları bu mövzunu hakimiyyət orqanları ilə danışa, müzakirələr apara bilərdilər. Hər bir halda Tofiq Yaqublunun növbəti məhkəmələrə müraciət etmək hüququ var. Qətiyyən Azərbaycan dövlətini öz strateji, siyasi kursundan daşındırmaq mümkün deyil. Tofiq Yaqublunun siyasi fəaliyyətdə radikal davranışa, mövqeyə gəlib çatmasının uzun bir tarixçəsi olub. Düşünürük ki, ilk dövrlər daha mötədil, loyal mövqe sahibi zaman etibarilə Müsavat Partiyasında sərt konfliktlərin içində transformasiyaya uğradı. Bu mövqeyi təkcə əqidə və mübarizə yoldaşlarına deyil, sonradan hakimiyyət əleyhinə yönəltməyə çalışdı. Sanki sonra onun Milli Şurada Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat aralığında qalmasından hər iki qüvvə xeyli dərəcədə yararlanmaq istədi və onların planları baş tutdu. Burada ən başlıca məqam Əli Kərimlinin Tofiq Yaqublu üzərindən həm cəmiyyət, həm media, həm də xarici təşkilatlar, xüsusi olaraq hakimiyyətlə bağlı ssenariləri, gizli planı ortada idi. Bunu görməmək mümkün deyildi. Təəssüf ki, Tofiq Yaqublu bütün bu məsələlərin fərqinə varmadan istənilən müstəvidə ən kiçik məqamda əsassız yerə iqtidar əleyhinə şər və böhtanı gündəmə gətirirdi. O bununla beynəlxalq təşkilatların hesabatlarında adlarını təsbit edirdi. Buna görə də bir neçə dəfə saxlanılmaya və həbsə məruz qalmışdı. Lakin düşünürəm, son beş ildə Azərbaycanın Vətən müharibəsində qələbəsi, o cümlədən ərazi bütövlüyünün təmin olunması üçün Xankəndi zirvəsinə gələn bir yolda bütün qlobal təxribatçı qüvvələrin, imperialist dairələrin tam siması açıldı. Nəhayət, Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Amerikanın bəlli yumşaq güc alətlərinin dünya çapında qurduğu siyasətlərin iflas etməsi, buna görə müxtəlif ölkələrdə inqilabi layihələrdə daxili qüvvələrdən yararlanmalarının ifşa edildiyi bir şəraitdə Azərbaycanda da həm Milli Şurada, həm AXCP-də, həm Müsavatda bəlli qüvvələrin fəaliyyətləri deşifrə olundu. Buna şahidlik edirik ki, hətta ermənilər özləri bu prosesdən kənarda qaldıqları halda bizdə daxildə ayrı-ayrı qüvvələri siyasi mövqelərini qabardıb, media məkanında sistemli olaraq onları təqdim edirlər. Bundan Azərbaycan əleyhinə propaqanda aləti kimi istifadə edirlər. Müxtəlif beynəlxalq qərar və qətnamələrin çıxarılmasına cəhdlər göstərirlər. Əgər USAİD əvvəlki gücü ilə fəaliyyətini aparsaydı, əmin olun ki, Amerika Konqresi, Avropa Parlamenti və müxtəlif hökumətlərin qanunverici orqanlarının Tofiq Yaqublu mövzusunda da ayrıca müzakirələri, dinləmələri təşkil olunardı. USAİD-nin fəaliyyəti Tramp tərəfindən 90%-ə qədər məhdudlaşdırılıb, amma görürsünüz, dünyada demokratiyanın səviyyəsi qətiyyən aşağı düşməyib. Tam əksinə, dövlətlər, milli hakimiyyətlər rahat nəfəs alırlar. Çünki bilirlər ki, insan haqları, siyasi hüquq məsələləri, partiyaların fəaliyyəti ilə bağlı məsələlər onların ölkələr üzərində qurduqları zəiflətmə modelləri, idarəetmə sistemləridir”, - komitə sədri bildirib.

Zahid Oruc deyib ki, üç gün öncə Prezident İlham Əliyev tərəfindən Ağdamda silsilə, lakin yeni milli, mədəni kimlik quruculuğuna xidmət edən, son dərəcə təsirli təqdimatlar həyata keçirilib: “Bunlar bütöv bir ölkənin ümumi ictimai-siyasi atmosferini müəyyənləşdirən hadisələrdir. Yeni ideologiyanın formalaşdırılması üçündür. Yalnız infrastruktur yaratmaq, əhalinin dönüşünü təmin etmək, hansısa kəndlərin, qəsəbələrin salınması və məskunlaşdırılmanın meydana gətirilməsi hadisələri deyil. Biz bunlara ölkə quruculuğunun, yeni vətən yaradılmasının tərkib hissəsi kimi baxırıq. Həm də Qarabağ əvvəlki dövrlərdə terrorun, dağıdıcılığın simvolu olduğu halda, indi quruculuğun, harmoniyanın və yeni təhlükəsizlik arxitekturasının bir fundamentidir, platformasıdır. Qarabağdan ölkə həyatına yayılan, verilən mesajlar xalqın tarixini, gen yaddaşını oyatmaq üçündür. Böyük Muğam Mərkəzindəki tədbirlər, sənət adamlarımızın orada iştirakı, ağdamlı müəllimin təsirli çıxışı, o cümlədən hərbçilərin fikirləri, tanınmış dövlət adamlarının mövqelərinin bir araya gətirilməsi millətimizin gələcəyi üçün önəmlidir. İndi daxildən müxtəlif siyasi adların ətrafında mübarizə meydanları düzəltmək, hakimiyyətin potensialını, enerjisini bu istiqamətlərə yönəltmək məqsədilə aparılan fəaliyyətlər qətiyyən təqdir oluna bilməz. Buna görə də aclıq aksiyaları ölkə üzərində zəiflətmə planı quran daha tox qüvvələrin “Azərbaycan” adlı iştahasının tərkib hissəsidir. Buna görə də bizim tərəfimizdən belə bir reaksiya alır”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see184

Qəhrəman qazimiz televiziyalara od püskürdü: O, diqqətsizlikdən gileyləndi...

12 May 2025 20:34see175

Əlaqələrimiz ən yüksək pillədə

12 May 2025 10:59see174

Bura o qədər də ciddi yanaşmırıq Qurban Qurbanov

12 May 2025 00:24see174

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see170

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

12 May 2025 01:51see160

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

12 May 2025 03:04see152

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see150

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see148

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see146

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see142

50 yaşlı kişi alçaya görə öldü KONKRET

12 May 2025 09:41see135

MPL: Zirə də səfərdə sevindi, Neftçi də

12 May 2025 01:12see133

Super Liqa: “Beşiktaş”dan darmadağın

11 May 2025 22:59see133

“El Klasiko”nu “Barselona” qazandı

12 May 2025 01:19see127

Son zəng ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

12 May 2025 21:08see126

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see126

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see119

Pedatr: Vitamin və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdir

12 May 2025 13:36see119

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri