Aydın Sezer: Türkiyə demokratiyasını və Ərdoğanı ağır günlər gözləyir
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İmamoğlu Ərdoğan qarşısında qazanmaq şansı ən yüksək olan namizəddir, buna görə də o həbs olundu
İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyat başlayıb.
Bu məlumatı Türkiyə mediası yayıb.
Əməliyyat çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murad Ongün saxlanılıb. Bundan başqa, aralarında İmamoğlunun təbliğatını aparan Necati Özkanın da olduğu daha 100 nəfər də saxlanılıb. Saxlanılan şəxslərin evlərində axtarışlar aparılır.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az” söyləyib ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və təxminən 100 nəfərin saxlanılması iqtidarın gələcəkdə baş tutacaq prezident seçkilərinə yönəlik izlədiyi strategiyanın nəticəsidir:

“İmamoğlu Ərdoğan qarşısında qazanmaq şansı ən yüksək olan namizəddir. Buna görə də dünən İmamoğlunun universitet diplomu ləğv edildi və o həbs olundu. Hesab edirəm ki, bundan sonraki dövrdə müxalifətə qarşı sərt mövqe artacaq. Cümhuriyyət Xalq Partiyasının bu məsələylə bağlı münasibətini nəzərə aldıqda Türkiyədə siyasi həyata güclü zərbə olunduğunu söyləmək də mümkündür. Türkiyədə sosial narazılığın yatırılması mövzusunda hökümət böyük səy göstərir. Bu isə iqtidasi böhranın müzakirəsini də əngəlləyir. Türkiyə demokratiyasını və Rəcəb Tayyib Ərdoğanı ağır günlər gözləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















