Aydın Süleymanlı: “Bu turnirdəki çıxışımı uğurlu qiymətləndirmək olar”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan şahmatçısı Aydın Süleymanlı klublararası Avropa Kubokundakı çıxışını uğurlu sayır.
O, Monteneqronun Budva şəhərində keçirilmiş yarışla bağlı təəssüratlarını bölüşüb.
“Fərdi olaraq yarış mənim üçün qənaətbəxş keçdi. Karyeramda ilk dəfə özbəkistanlı Nodirbek Abdusattarov kimi səviyyəli şahmatçıya qalib gəldim. Bu səbəbdən düşünürəm ki, bu turnirdəki çıxışımı uğurlu qiymətləndirmək olar”, - deyə o report.az-a açıqlamasında söyləyib.
“Vüqar Həşimov” komandasında çıxış edən A.Süleymanlı ölkə təmsilçisinin yarışı 10 xalla 10-cu pillədə başa vurmasına da toxunub:
“Komanda olaraq daha yaxşı nəticə qazanmaq niyyətində idik. Amma təəssüf ki, bu dəfə alınmadı. Uğurlu çıxış etmək istəsək də, 10-cu yerlə kifayətlənməli olduq”.
Xatırladaq ki, kişi şahmatçıların yarışında “Vüqar Həşimov” komandası 10 xalla 10-cu yerdə qərarlaşıb. Klubun heyətində mübarizə aparan Aydın Süleymanlı şəxsi nəticələrə görə birinci lövhədə bürünc medal qazanıb.
Qadın şahmatçıların turnirində hərəyə 10 xalı olan Serbiyanın “Sirmium Sremska Mitrovitsa” və ölkəmizin “Odlar Yurdu” klubu 3-4-cü yerləri bölüşüb. Azərbaycan klubu əlavə göstəricilərə görə 4-cü sırada yer alıb. Bu komandada çıxış edən Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl mükafata sahib çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Oktyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















