Icma.az
close
up
RU
Aydınlıq gətirildi: azad edilmiş ərazilərdə mal qara saxlamaq...

Aydınlıq gətirildi: azad edilmiş ərazilərdə mal qara saxlamaq...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Globalinfo.az-ın xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı APA-ya açıqlamasında deyib ki, azad edilmiş ərazilərə köçən məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir: “Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahəsində ev heyvanları saxlayırlar. Xocalının Ballıca kəndində, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə, şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərin öz həyətyanı sahələrində ev heyvanları saxlamasına etiraz edilmir. Sakinlərin edəcəyi müraciətdən asılı olaraq məsələ təhlil edilə və qanun çərçivəsində həllinə köməklik göstərilə bilər.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən APA-nın sorğusuna cavab olaraq nəzərə çatdırılıb ki, azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq imkanları ilə bağlı məsələ hazırda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır.

Qeyd edilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir: “Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil”.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə sorğumuza cavab verilməyib.

Qeyd edək ki, 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,0 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri