Icma.az
close
up
RU
Aygün Attar: Qərbi Azərbaycan həqiqətlərinin təbliği TADİV in prioritet istiqamətlərindən biridir

Aygün Attar: Qərbi Azərbaycan həqiqətlərinin təbliği TADİV in prioritet istiqamətlərindən biridir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 22 aprel, AZƏRTAC

Tarixi ədalətin bərpası səylərinə töhfə vermək, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin təbliği Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) prioritet istiqamətlərindən biridir.

Bu barədə AZƏRTAC -a TADİV-in rəhbəri, professor Aygün Attar müsahibəsində deyib.

O xatırladıb ki, TADİV-in yaradılması ideyası Ümummilli Lider Heydər Əliyevə məxsusdur, o, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşmasının, mədəni dəyərlərin ortaqlığının, Azərbaycan xalqının tarixi və həqiqətlərinin türk və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, uzun illər fəaliyyəti ərzində TADİV öz səylərini təkcə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bərpasına verdiyi töhfələrə deyil, həm də Zəngəzur və bütövlükdə Qərbi Azərbaycan mövzularına yönəldib.

“TADİV xətti ilə Türkiyə və Qərb alim və ekspertlərinin iştirakı ilə çoxsaylı tədbirlər təşkil edilib: “Qərbi Azərbaycan həqiqətlərinin sosial şəbəkələrdə fəal təbliğatı davam etdirilir”, - deyə A.Attar qeyd edib.

Fondun rəhbəri bəhs edib ki, TADİV-in təşəbbüsü ilə ayrı-ayrı illərdə bir sıra ölkələrin, o cümlədən Fransanın diplomatik nümayəndəliklərinin binaları önündə Qarabağla bağlı tarixi ədalətin bərpası tələbi ilə aksiyalar keçirilib. “Biz diplomatik nümayəndəlikləri təkcə Azərbaycan torpaqlarının işğalının nəticələri barədə deyil, həm də Qərbi Azərbaycanın yerli əhalisinin deportasiyası barədə məlumatlandırmışıq”, - deyən A.Attar qarşıya qoyulan məqsədlərə çatmaqda “ictimai diplomatiya” alətlərinin səmərəliliyini vurğulayıb.

O, müasir Ermənistan ərazisində öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarının bərpasına təkcə təşkilatların deyil, ayrı-ayrı ekspertlərin və alimlərin də töhfə verəcəyinə əminliyini ifadə edib.

A.Attar hələ 2003-cü ilin avqustunda Türkiyənin “Hərbi Tarix Araşdırmaları” (Askeri Tarih Araştırmaları) jurnalında dərc olunmuş “Zəngəzur necə ermənilərin əlinə keçdi?” başlıqlı məqaləsini misal göstərib. “Bu mövzuda məqalələr Türkiyədə daha sonra da dərc olunub, xüsusən 2018-ci ildə “Azərbaycan Türklərinin Ermənistandan məcburi köçürülməsi” adlı məqalə nəşr olundu. “Eyni məsələ Türk Tarix Qurumunun nəşrlərində də geniş işıqlandırılıb”, - deyə TADİV rəhbəri davam edib.

O, Qərbi Azərbaycan mövzusunda tədbirlərdən də danışıb. “2023-cü ilin dekabrında Türkiyə Prezident Administrasiyası Kompleksinin Milli Kitabxanasında TADİV xətti ilə Qərbi Azərbaycan mövzusunun səsləndirildiyi böyük tədbir təşkil olunub: “Müzakirələr zamanı tanınmış alimlər, aparıcı universitetlərin nümayəndələri ilə yanaşı, tanınmış strateji araşdırma mərkəzlərinin rəhbərləri, o cümlədən Azərbaycan və Türkiyə ombudsmanları da iştirak ediblər”, - deyə Fondun rəhbəri bəhs edib.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin Ailə, Qadın, Uşaq və Gənclər Komitəsi tədbirə fəal dəstək verib. “Bu, çox mühüm faktdır, çünki deportasiya və məcburi köçürmə dövrlərində ən həssas kateqoriyalar qadınlar və uşaqlardır”, - deyə A.Attar bildirib.

2024-cü ilin may ayında TADİV və Qazi Universiteti Rektorluğunun təşəbbüsü ilə Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Müzakirələrdə Milli Məclisin deputatlarının, Türkiyənin müxtəlif universitetlərindən müəllimlərin, Harvard Kennedi Məktəbinin ekspertlərinin iştirak etdiklərini deyən Fondun rəhbəri qeyd edib ki, simpozium çərçivəsində edilən bütün çıxışları bu il türk və ingilis dillərində ayrıca kitablar şəklində nəşr etmək planlaşdırılır.

Bundan əlavə, TADİV Qərbi Azərbaycan mövzusunda televiziya proqramlarının hazırlanmasına, eləcə də Türkiyənin aparıcı media orqanlarında, o cümlədən Anadolu Agentliyi xətti ilə xəbərlərin hazırlanmasına öz töhfəsini verib.

“Düşünülür ki, TADİV-in fəaliyyəti Türkiyə ictimaiyyətinin Qərbi Azərbaycanın tarixi haqqında məlumatlandırılması üçün zəmin yaratmağa imkan verib. Bu gün biz Qərbi Azərbaycan İcmasının fəaliyyətini yaxından izləyir və alqışlayırıq. Biz bu istiqamətdə bundan sonra da öz töhfəmizi verməyə davam etməyə hazırıq”, - deyə o əmin edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri