Ayı elektrik dirəyinə çıxdı Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ-nin Nyu-Mexiko ştatında qeyri-adi hadisə faciə ilə başa çatıb. Elektrik dirəyinin başına çıxaraq saatlarla orada qalan ayı elektrik cərəyanının vurması nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə 56-cı magistral yol yaxınlığında qeydə alınıb.
Yoldan keçən sürücü elektrik dirəyinin üzərində, yerdən bir neçə metr yüksəklikdə ilişib qalmış böyük bir ayı görüb. Heyvanın vəziyyətini əvvəlcə anlamayan qadın onun öldüyünü düşünüb, lakin hərəkət etdiyini gördükdən sonra dərhal 911-ə zəng edib.
Hadisə yerinə müdaxilə edən səlahiyyətlilər ayını təhlükəsiz şəkildə aşağı endirməyin çətin olduğunu bildiriblər.
911 operatoru sürücüyə ərazidən uzaqlaşmağı və ayını narahat etməməyi tövsiyə edib. Bildirilib ki, Ov və Balıqçılıq Departamenti ilə əlaqə saxlanılsa da, təhlükəsiz müdaxilə üçün uyğun yol tapılmayıb.
Ayının nəqliyyat səsi, insanlar və ya digər təhlükələrdən qorxaraq instinktiv şəkildə dirəyə qalxmış ola biləcəyini ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 İyul 2026 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















