Ayı evə girib kişini PARÇALADI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Nyu-Meksiko ştatında ayı evə girərək 67 yaşlı kişiyə hücum edib və onu öldürüb.
Redaktor.az bu haqda "People"ə istinadla xəbər verir.
Benjamin Qalona həmin vaxt evdə tək olub. Onun ögey oğlu Keysi poçt şöbəsinə getdikdən sonra evə qayıdanda qapının açıq olduğunu görüb və içəridə ayı ilə qarşılaşıb.
Keysi dərhal otağında gizlənərək polisə və yaxınlarına xəbər verib. Hadisə yerinə gələn Qalonanın bacısı və qardaşı qızı ayını səs-küylə evdən uzaqlaşdırıblar. Daha sonra onlar yaşlı kişini evdə huşsuz vəziyyətdə tapıblar. Ayının hücumu nəticəsində ağır yaralanan Qalonanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra yırtıcı polis tərəfindən müəyyən edilərək öldürülüb. Ailə üzvləri Qalonanın ayını bilmədən evə buraxmış ola biləcəyini düşünür. Onların ehtimalına görə, kişi qapıda səs eşidib və ögey oğlunun geri qayıtdığını zənn edərək qapını açıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 Sentyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















