Tramp: Mənim dəstəyim Netanyahu üçün...
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp onun dəstəyinin İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilərdəki mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp "Axios"a qısa müsahibəsində bildirib.
Trampın sözlərinə görə, əvvəl o Netanyahunun perspektivləri ilə bağlı narahatedici proqnozlar alıb, lakin hazırda İsrailin Baş naziri kifayət qədər yaxşı mövqedədir.
"Eşitmişəm ki, mənim dəstəyim Bibi (Benyamin Netanyahu) üçün böyük əhəmiyyət kəsb edib", - Tramp qeyd edib.
Netanyahunun rəhbərlik edəcəyi milli birlik hökumətinin formalaşdırılması səylərində mümkün iştirakı ilə bağlı suala cavabında ABŞ Prezidenti hələ bu barədə düşünmədiyini, lakin belə bir imkanı nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, İsraildə hökumətin formalaşdırılması üçün Knessetin ən azı 61 deputatının dəstəyini qazanmaq lazımdır. İsrail Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Baş nazir Benyamin Netanyahunun bloku 53, "Yaşar" partiyasının lideri Qadi Ayzenkotun başçılıq etdiyi blok 48, ərəb partiyaları isə 19 mandat qazanır. Bu, tarixi maksimum göstəricidir.
Adi seçki bülletenlərinin 93 %-i hesablanıb. Lakin ikiqat zərflərdə olan təxminən 600 min bülletenin hələ hesablanması tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Oktyabr 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















