Ayı iki bacı qardaşı öldürdü DƏHŞƏTLİ HADİSƏ
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Hindistanın Çhattisqar (Chhattisgarh) ştatının Kanker rayonunda baş verən vəhşi ayı hücumu nəticəsində iki bacı-qardaş həyatını itirib, daha bir nəfər isə ağır xəsarət alıb. Dəhşətli hadisə ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb.
Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Hadisə Kanker rayonunun Narharpur meşəlik ərazisinə yaxın kəndlərdən birində baş verib. Məlumata görə, tarlada işləyən bacı və qardaş qəfil vəhşi ayının hücumuna məruz qalıb. Onlar hadisə yerində faciəvi şəkildə həlak olublar.
Hücuma məruz qalanlara kömək etmək istəyən daha bir şəxs isə ayının hücumu nəticəsində ağır yaralanıb və xəstəxanaya çatdırılıb.
Hadisədən sonra ayının həlak olan bacı-qardaşın cəsədlərinin başından ayrılmaması xilasedicilərin müdaxiləsini xeyli çətinləşdirib. Ətrafdakı sakinlərin uzaq məsafədən çəkdiyi görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Faciədən sonra bölgədə təşviş hökm sürür. Yerli hakimiyyət sakinlərə zəruri ehtiyac olmadıqca evlərindən çıxmamağı tövsiyə edib. Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları isə vəhşi heyvanın zərərsizləşdirilməsi və ərazidə təhlükəsizliyin təmin olunması istiqamətində əməliyyatlara başlayıblar.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















