Ayı xəstəxanaya girib Halloween konfetlərini YEDİ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Alyaska ştatında qara ayı hərbi hava qüvvələri bazasının xəstəxanasına girərək "Halloween" bayramı üçün toplanan konfetləri yeyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Hadisə Elmendorf-Riçardson Birgə Bazasının xəstəxanasında baş verib. Məlumata görə, gecə saat 02:00 radələrində təcili yardım şöbəsinə daxil olan ayı bayram üçün yığılmış bir vedrə konfet taparaq onları yeyib.
Həmin vaxt xəstəxanada anasını ziyarət edən Şerri Varnke adlı qadın iri heyvanı təxminən 10 metr məsafədə, zəif işıqlandırılmış dəhlizdə görüb. Bütün qapılar bağlı olduğundan qadın bir neçə dəqiqə ayının yaxınlığında qalıb. Lakin heyvanın diqqəti konfetlərə yönəldiyindən ona hücum etməyib.
Bir müddət sonra səsgücləndirici vasitəsilə binada ayının olduğu barədə xəbərdarlıq edilib. Bəzi həkimlər isə heyvanı görmək və şəklini çəkmək üçün çölə çıxıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Ayı xəstəxanaya daxil olduğu eyni girişdən ərazini tərk edib.
Daha sonra xəstəxana əməkdaşları Varnkeyə ayının qəbul masasında dayandığını göstərən təhlükəsizlik kamerasının görüntülərini nümayiş etdiriblər. Əməkdaşlar zarafatla ayının xəstəxanaya “görüş üçün gəldiyini” deyiblər.
Aytəkin TOFİQQIZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Oktyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















