Ceyhunun öldüyü kütləvi dava: Tanınmış idmançı saxlanıldı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib. Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputar Arzuxan Əlizadənin oğlu Əhməd də var.
Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, saxlanılanlardan biri də Xəyyam Səfixanovdur.
Tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov daha əvvəl də məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, X.Səfixanov 2021-ci ildə də həbs edilib. Həmin vaxt onun üzərindən narkotik vasitə aşkarlanmışdı. 2017-ci ildə isə X.Səfixanov Bakının Nərimanov rayonunda baş verən silahlı insidentə görə həbs edilmişdi. Həmin vaxt idmançıya 2 il 6 ay həbs cəzası verilmişdi.
Baxış sayı:162
Bu xəbər 24 Oktyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















