Icma.az
close
up
RU
İnfantino Bakıda istefası ilə bağlı çağırışlara cavab verib

İnfantino Bakıda istefası ilə bağlı çağırışlara cavab verib

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

FIFA prezidenti Canni İnfantino Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalı çərçivəsində gələcək planları, UEFA ilə münasibətləri və milli futbol assosiasiyalarının ona dəstəyi barədə açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, dünya futbolunun rəhbəri "BBC Sport"a müsahibəsində FIFA Forward Enterprise (FFE) layihəsi ətrafında yaranan qalmaqaldan sonra artan tənqidlərə münasibət bildirib. Jurnalistin istefa vermək ehtimalı ilə bağlı sualına İnfantino gülərək cavab verib və mövqeyinin möhkəm olduğunu vurğulayıb.

“Məni dünyanın hər yerindən FIFA-nın 211 üzv assosiasiyası seçib. FIFA kimi təşkilatda müxtəlif fikir və baxışların olması normaldır. Amma demokratiyaya və demokratik prosesə ciddi yanaşırıqsa, dünyada hər kəsin bərabər səs hüququna malik olduğuna və futbolun hamıya məxsus olduğuna inanırıqsa, böyük əksəriyyətin mövqeyinə də hörmət etməliyik”, – deyə İnfantino bildirib.

FIFA prezidenti son beynəlxalq səfərləri zamanı aldığı dəstəyə də diqqət çəkib.

“Tokiodan yenicə qayıtmışam. Orada Asiya Futbol Konfederasiyası mənə tam dəstəyini ifadə etdi. Kabo-Verdeyə səfər etdim və bütün Afrika futbol assosiasiyaları mənə dəstək verdi. Dünyanın hər yerindəki assosiasiyalarla ünsiyyətdəyəm.

Dünya çempionatı, onun formatı, iştirakçıların sayı, yerlərin bölüşdürülməsi, təqvim, kommersiya məsələləri və digər mövzularda fərqli fikirlər mövcuddur. Hamını bir araya gətirmək həmişə asan deyil, lakin müxtəlif mövqelərə hörmətlə yanaşmalıyıq. Mən bütün fikirlərə hörmət edirəm. Daha sonra FIFA üzvü olan assosiasiyalar kimin prezident olmasını və təşkilatın necə idarə edilməsini istədiklərinə özləri qərar verəcəklər”, – deyə o vurğulayıb.

Müsahibənin əsas mövzularından biri də FFE layihəsindən sonra gərginləşən FIFA–UEFA münasibətləri olub. Layihə FIFA yarışlarının kommersiya hüquqlarına özəl investorların cəlb edilməsini nəzərdə tuturdu. Lakin sonradan təşəbbüsdən imtina edilib.

İnfantino təşkilat rəhbərliyinin bütün məsələlərdə ideal davranmadığını etiraf edib və Avropa futbol qurumları ilə dialoqun davam etdirilməsinin vacibliyini xatırladıb. Bununla belə, fikir ayrılıqlarının gələcək fəaliyyətə mane olmamalı olduğunu bildirib.

“Bir-birimizlə razılaşmamaqda heç bir qəbahət yoxdur. Fərqli baxışların olması normaldır, amma irəliyə doğru hərəkət etməyi bacarmaq lazımdır”, – deyə FIFA prezidenti qeyd edib.

Xatırladaq ki, İnfantino daha əvvəl FFE layihəsi ilə bağlı məlumatlandırma və məsləhətləşmə prosesindəki çatışmazlıqlara görə FIFA Şurasının üzvlərindən üzr istəyib. UEFA isə əsas sənədlərin və izahatların noyabrın 2-dək təqdim edilməsini tələb edib. FIFA prezidenti təşkilatın hüquqi prosedurları nəzərə almaqla qaldırılan suallara cavab vermək niyyətində olduğunu bildirib.

Müsahibədə Azərbaycanda keçirilən ilk U-15 dünya çempionatına da xüsusi diqqət ayrılıb.

İnfantino dünyanın müxtəlif bölgələrindən olan gənc futbolçuları bir araya gətirən bu miqyaslı turnirin təşkilindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Bakıdakı yarış bir çox iştirakçı üçün gələcəkdə böyüklər arasında dünya çempionatında çıxış etməyə aparan ilk addım ola bilər.

“Futbol vasitəsilə dünyanı belə erkən yaşda bir araya gətirə bilməyimiz çox gözəldir”, – deyə o bildirib.

FIFA prezidenti əlavə edib ki, 10 və ya 20 ildən sonra böyüklər arasında dünya çempionatında oynamaq imkanı qazanacaq futbolçular ilk mundiallarını məhz Azərbaycanda keçirdiklərini xatırlayacaqlar.

Qeyd edək ki, FIFA prezidentinin növbəti seçkiləri 2027-ci ilin martına planlaşdırılıb. Namizədlər iştirak niyyətlərini noyabrın 18-dək açıqlamalıdırlar. 2016-cı ildən FIFA-ya rəhbərlik edən İnfantino yenidən bu vəzifəyə namizədliyini irəli sürmək niyyətindədir.

Xatırladaq ki, tarixdə ilk FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçirilir. Yarışda 189 milli assosiasiyanın komandaları iştirak edir. Oyunlar 8-ə 8 formatında, hər biri 20 dəqiqəlik iki hissədən ibarət olmaqla keçirilir. Turnirin əsas arenası Hövsan İdman Kompleksidir. Rəsmi açılış mərasimi isə Azərbaycan millisinin Timor-Leste yığmasına qarşı ilk oyununu keçirəcəyi Bakı Kristal Zalında təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Oktyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri