AYİB Azərbaycanda gənc sahibkarlara dəstək üçün AccessBank a 20 milyon ABŞ dolları ayırır
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Ölkədə Aİ-nin dəstəyi ilə ilk "Gənclər Biznesdə” krediti
* AYİB AccessBank-a gənclərə məxsus və gənclər tərəfindən idarə olunan Kiçik və Orta Sahibkarlıq subyektləri (KOS) üçün 20 milyon ABŞ dolları məbləğində kredit ayırır
* Azərbaycanda Aİ-nin EFSD+ vasitəsilə dəstəyi ilə ilk "Gənclər Biznesdə” krediti
* Kredit gənc sahibkarları gücləndirəcək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) fokuslanan Azərbaycanın aparıcı banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit ayırır.
Razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanın müxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarə olunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi, innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfə verməsi üçün zəruri kapitalı təmin edəcək.
Bu kredit həmçinin AccessBank-a bazarın strateji əhəmiyyətli seqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus və gənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiya potensialını nümayiş etdirəcək.
Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf Fondu Plus (EFSD+) çərçivəsində təqdim etdiyi "Qonşuluqda Maliyyə İnklüzivliyi" proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanması formasında dəstəkləyir.
Kredit Azərbaycanda AYİB-in "Gənclər Biznesdə” proqramı çərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gənc sahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir. Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatların dayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirmək baxımından həlledici əhəmiyyət daşıyır.
AYİB-in "Gənclər Biznesdə” proqramı artıq Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramın məqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olan KOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışını təmin etməkdir.
AYİB Azərbaycanda aparıcı institusional investor olaraq qalır və indiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiya yatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorunun və yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına yönəlib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 18 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















