Ayıb deyil müğənninin alt paltarının qiymətini soruşursan?
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Öz aramızda" verilişinin növbəti buraxılışında qonaq olan opera ifaçısı, Milli Konservatoriyanın müəllimi Taleh Yahyayev aparıcıların verilişlərdəki davranışlarını sərt şəkildə tənqid edib.
Milli.Az -ın məlumatına görə, sənətçi efirdə bildirib:
"Elə aparıcılar var ki, az qala müğənninin alt paltarının qiymətini də soruşsunlar. Bu cür şeylərlə reytinq qazanmağa çalışmaq ayıb deyil? Efirə çıxan müğənninin ayağını yuxarı qaldırıb, etiketinə baxım qiymeti neçədir, deyirsən. Guya xəbərləri yoxdur, amma əvvəlcədən danışılıb".
Verilişin digər qonağı, müğənni Qumral isə belə hallarda günahın çox vaxt sənətçilərin üzərinə atıldığını deyib:
"Aparıcılar 'verilişi maraqlı edək' deyə, bizi qiymət açıqlamağa məcbur edirlər. Sonra da şərhlərdə bütün tənqidlər bizə yazılır. Ağza gələni yazırlar".
Hər iki sənətçinin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 22 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















