Icma.az
close
up
RU
Ayın səthini araşdırmaq üçün yeni süni intellekt modeli hazırlanıb

Ayın səthini araşdırmaq üçün yeni süni intellekt modeli hazırlanıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və IBM Ayın səthinin daha dəqiq öyrənilməsinə kömək edəcək yeni süni intellekt modeli hazırlayıb. 

Reuters-in yaydığı məlumata görə, “NASA-IBM Lunar Foundation Model” adlanan bu açıq model Ayla bağlı böyük həcmdə məlumatların daha sürətli təhlili üçün nəzərdə tutulub.

Yeni model NASA-nın dörd kosmik missiyası çərçivəsində toplanmış məlumatlardan istifadə edir. Onun hazırlanmasında Ayın səthini öyrənən doqquz müxtəlif cihazdan əldə edilən 30-dan çox məlumat qatı nəzərə alınıb. Bu məlumatlar arasında NASA-nın “Lunar Reconnaissance Orbiter” aparatının topladığı müşahidələr də var.

Süni intellekt sistemi Ayın səthində buz ehtiyatlarının, kraterlərin və vulkanik ərazilərin müəyyənləşdirilməsinə kömək edə bilər. Aparılan sınaqlarda modelin Ay səthindəki əsas xüsusiyyətləri mövcud üsullardan 23 faizə qədər daha dəqiq müəyyən etdiyi bildirilib.

Alimlər üçün Ayda buzun tapılması xüsusi əhəmiyyət daşıyır. Çünki buz su ehtiyatının göstəricisi ola bilər. Gələcəkdə sudan oksigen və raket yanacağı əldə etmək mümkün olarsa, bu, Ayda uzunmüddətli fəaliyyət üçün mühüm imkan yarada bilər.

Yeni texnologiyanın başqa bir üstünlüyü də Ayda gələcək eniş yerlərinin seçilməsinə kömək etməsidir. Səthin quruluşunu daha dəqiq müəyyənləşdirmək kosmik aparatların təhlükəsiz şəkildə enməsi üçün vacibdir.

NASA-nın “Artemis” proqramı çərçivəsində insanların Aya yenidən göndərilməsi və orada daha uzunmüddətli fəaliyyət üçün texnologiyaların sınaqdan keçirilməsi planlaşdırılır. Reuters-in məlumatına görə, NASA 2028-ci ildə Aya insanlı uçuş həyata keçirməyi planlaşdırır.

Ayın səthinin öyrənilməsi gələcəkdə Marsa uçuşlar üçün də əhəmiyyət daşıya bilər. Alimlər Ayda əldə ediləcək təcrübənin insanların daha uzaq kosmik missiyalara hazırlanmasına kömək edəcəyini düşünürlər.

Beləliklə, süni intellekt artıq yalnız Yer üzündə məlumatların təhlili üçün deyil, kosmosun öyrənilməsi üçün də istifadə olunur. NASA və IBM-in yeni modeli Ay haqqında illər ərzində toplanmış məlumatların daha səmərəli araşdırılmasına və gələcək kosmik missiyaların hazırlanmasına imkan verə bilər.

N.Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri