Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Məlumata görə, oktyabrın 28-dən etibarən Yer kürəsinin növbəti tac dəliyinin təsir zonasına daxil olacağı proqnozlaşdırılır. Bunun nəticəsində cümə axşamı və cümə günləri geomaqnit təlatümlərinin müşahidə olunacağı gözlənilir.
Bununla belə, mütəxəssislər maqnit qasırğasının baş vermə ehtimalını hələlik aşağı qiymətləndirirlər. Hesablamalara əsasən, Günəş küləyinin sürəti saniyədə 600 kilometrə qədər yüksələ bilər ki, bu da normadan təxminən 50 faiz çoxdur. Lakin bu göstəricinin güclü maqnit qasırğasının yaranması üçün kifayət etməyəcəyi bildirilir.
Baxış sayı:97
Bu xəbər 26 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















