Icma.az
close
up
RU
Əhaliyə bayram günləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Əhaliyə bayram günləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qurban bayramında süfrələrdə aparıcı yer tutan qırmızı ət, mütəxəssislərin fikrincə, bilincsiz şəkildə istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər.

News24.az bildirir ki, türkiyəli həkim Merve Bayram Qurban bayramında ət istehlakının artmasının xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

O, qırmızı ətin yüksək keyfiyyətli zülal, dəmir, sink, fosfor və B12 vitamini ilə zəngin qida olduğunu bildirib.

"Ancaq qırmızı ət tərkibindəki doymuş yağ və xolesterin olduğu üçün normada istehlak edilməlidir. Təzə kəsilmiş əti dərhal istehlak etmək "rigor mortis" səbəbindən həzmi çətinləşdirə bilər. Ona görə də istehlakdan əvvəl ətin ən az 12-24 saat dincəlməsi tövsiyə olunur" - həkim qeyd edib.

M.Bayram sağlam fərdlər üçün gündəlik qırmızı ət istehlakının həftədə 2-3 dəfə 90-120 qramı keçməməsi lazım olduğunu, ətin bişirilmə üsulunun da sağlamlıq baxımından mühüm faktor olduğunu vurğulayıb:

"Ət bişirilərkən qızartma və ya qovrulma yerinə qaynama, bişmə və ya qril üsullarına üstünlük verilməlidir, izqara və odda bişirilməzsə, yüksək istilik ətin daxili hissəsinə çatmadan yanmasına səbəb olur ki, bu da vəziyyət zülal və B qrupu vitaminlərinin itirilməsinə səbəb olur".

Həkim ürək-damar, hipertoniya, şəkər kimi xroniki xəstəlikləri olan şəxslərə xüsusi xəbərdarlıqlar edib:

"Bu şəxslər donuz piyi, quyruq yağı kimi doymuş yağ mənbələrindən uzaq durmalı, əti mümkünsə öz yağında bişirməli, yağ əlavə etməməlidir. Yağsız və ya az yağlı ətlərə üstünlük verilməli, porsiya nəzarəti təmin edilməlidir" dedi.

Mütəxəssis bayram səhəri acqarına ət istehlakının mədə narahatlığına səbəb ola biləcəyini ifadə edəib:

"Günə balanslı səhər yeməyi ilə başlamaq vacibdir. Yağsız pendir, tam taxıl çörəyi, mövsümə uyğun göyərti kimi qidalar həzmi asanlaşdırır".

Merve Bayram ətin hissələrə bölünərək dərin dondurucuda saxlanmasının, ərimə prosesinin isə soyuducunun alt rəfində aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin xatırladıb ki, çiy ətin meyvə-tərəvəzlə təmasdan çəkinmək lazımdır./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyun 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri