Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm Elşad Eyvazlı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
"Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm".
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, Modern Media Qrupunun təsisçisi Elşad Eyvazlı Leyla Camalzadənin “Küllərindən doğulan qadın” kitabının təqdimat mərasimində çıxışı zamanı qeyd edib.
O, Leyla Camalzadənin həm pedaqoji fəaliyyəti, həm də yaradıcılıq sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.
Elşad Eyvazlı bildirib ki, Leyla Camalzadə AzEdu.az Təhsil Portalının həyata keçirdiyi “İlin gənc müəllimi-2022” müsabiqəsinin qaliblərindən biridir.
“Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm. Onun müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olması, öz üzərində çalışması və insanlara fayda verməyə səy göstərməsi təqdirəlayiqdir.
Təxminən 20 ilə yaxın müəllimlik fəaliyyətindən sonra məktəb direktoru olmaq da böyük məsuliyyətdir. Leyla xanımın həm təhsil sahəsində çalışması, həm də yazıçılıqla məşğul olması onun fəaliyyətinin çoxşaxəli olduğunu göstərir.
Sizi təbrik edirəm. Uğurlarınız bol və davamlı olsun. Biz həmişə sizin yanınızdayıq. Arzu edirəm ki, bu kitab yeni uğurlarınızın başlanğıcı olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Oktyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















