Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir ÜNVANLAR
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 91 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə təqdim edəcək.
Modern.az xəbər verir ki, Fondun məlumatına əsasən, mənzillərin aylıq ödənişləri 419 manatdan başlayır. Seçim noyabrın 24-də saat 15:00-da açılacaq.
Təklif olunan 1, 2 və 3 otaqlı mənzillər aşağıdakı ünvanlarda yerləşir:
- Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi – 27 mənzil;
- Sumqayıt şəhəri, Sülh prospekti – 38 mənzil;
- Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi – 26 mənzil.
Müraciətlərin qəbulu və mənzil seçimi “Mygov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçiriləcək. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər.
Mexanizm barədə ətraflı məlumatı Fondun rəsmi saytından, YouTube kanalından və “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 17 Noyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















