Ronaldinyonun forması 2700 avroya hərraca çıxarıldı
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyalı sabiq futbolçu Ronaldinyonun 11 ildən sonra meydana çıxdığı ilk rəsmi matçda geyindiyi forma hərraca çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə “DerbyDerbyDerby” nəşri məlumat yayıb.
Ronaldinyo ötən bazar günü İtaliyanın “Ravennа” klubunun heyətində “Forli” ilə qarşılaşmada (2:0) meydana çıxıb. O, matçın ikinci hissəsində 45 dəqiqə oynayıb.
Braziliyalı futbolçunun həmin görüşdə geyindiyi və imzaladığı forma hərraca qoyulub. İlkin qiymət 17 min Braziliya realı (2700 avrodan çox) müəyyənləşdirilib.
Hərracın başa çatmasına hələ 9 gün qaldığından formanın daha yüksək məbləğə satılacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:Ronaldinyonun Azərbaycan paylaşımı
16 Noyabr 2024 10:23
Ronaldinyonun oğlu İngiltərə klubunda
30 May 2026 18:20
Brejnevin Mercedesi hərraca çıxarıldı
23 Noyabr 2024 19:16
Jirinovskinin pasportu hərraca çıxarıldı
22 Aprel 2025 07:57
Çauşeskinin evi hərraca çıxarıldı
09 Dekabr 2025 21:15
Baxış sayı:100
Bu xəbər 17 Noyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















