Binəqədidə restoranda baş verən yanğın söndürülüb FOTOLAR YENİLƏNİB VİDEO
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 16 noyabr, AZƏRTAC
Binəqədidə restoranda baş verən yanğın söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
15:40
Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda başlayan yanğın məhdudlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
15:20
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















