Icma.az
close
up
RU
Aylıq yağıntı miqdarı bir gündə düşüb: Bu, ekstremal hava hadisəsidir

Aylıq yağıntı miqdarı bir gündə düşüb: Bu, ekstremal hava hadisəsidir

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Son günlər Bakıda müşahidə edilən intensiv yağışlar müvafiq qurumlar tərəfindən “normadan artıq yağan yağış” kimi qiymətləndirilib. Mütəxəssislər bu cür hava hadisələrinin şəhər mühitində ciddi fəsadlara yol aça biləcəyini bildirirlər.


Bəs bir ərazi üçün yağıntının norması necə müəyyən edilir?


Sfera.az-a açıqlama verən ekoloq Rövşən Abbasovun sözlərinə görə, “norma” anlayışı son 30-40 il ərzində müəyyən ərazidə düşən yağıntının orta miqdarı əsasında müəyyən edilir.

"Məsələn, Bakı şəhərində aprel ayı üçün orta aylıq yağıntı norması təxminən 20-25 millimetr təşkil edir. Lakin bu yaxınlarda həmin miqdardan üç dəfə artıq yağıntının çox qısa müddətdə düşməsi müşahidə olunub ki, bu da artıq ekstremal hava hadisəsi sayılır", - deyən ekspert bildirdi ki, normalda bu qədər yağıntı miqdarı bütün aprel ayı ərzində düşməli idi:

"Lakin yağışlar qısa müddətdə baş verdiyi üçün bu, daha genişmiqyaslı fəsadlar törədir. Normadan artıq yağıntı dedikdə, məhz bu nəzərdə tutulur, ona hazırlıq da çox çətin olur".


O, əlavə edib ki, bu tip hadisələr elmi baxımdan “təminat əyriləri” ilə izah olunur: "Məsələn, 1-2 faizlik təminat dərəcəsi, hər 100 ildə bir və ya iki dəfə müşahidə oluna biləcək hadisəni nəzərdə tutur. Bu da ekstremal hadisə kimi qiymətləndirilir".


Ekoloq vurğulayıb ki, belə yağıntılar şəhər mühitində daha çox problem yaradır:

“Şəhərlər asfalt və digər sərt örtüklərlə örtüldüyü üçün yağış suları torpağa hopmur, nəticədə sel və daşqın riski artır. Halbuki təbii ərazilərdə meşə və torpaq sahələrində yağıntı torpağa sovrularaq təsiri azaldı”.


O, həmçinin maili ərazilərdə tikinti işlərinin məhdudlaşdırılması və həmin yerlərdə ağac əkilməsinin vacibliyini də qeyd edib: “Ağaclar yağıntının torpağa hopmasına kömək edərək sel təhlükəsinin qarşısını ala bilər”.


Bəsti Rəfizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri