Azərbaycanda kartlarla ölkəxarici fırıldaqçılıq əməliyyatlarının həcmi II rübdə 2 dəfədən çox artıb
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ödəniş kartları ilə baş verən fırıldaqçılıq əməliyyatlarının həcmi 1 milyon 391,041 min manat olub.
Xalqcebhesi.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bunun, 775,027 min manatı kartlarla ölkədaxili fırıldaqçılıq əməliyyatlarının, 616,014 min manatı isə kartlarla ölkəxarici fırıldaqçılıq əməliyyatlarının payına düşüb.
I yarımildə bank kartları ilə fırıldaqçılıq hallarının sayı 9 988 olub ki, bunun da, 5 612-si I rübdə, 5 368-i II rübdə baş verib. Aprel-iyun aylarında baş verən fırıldaqçılıq hallarının 4 798-i ölkəxarici (I rüblə müqayisədə 32,2 % çox), 570-i isə ölkədaxili (42,5 % az) əməliyyatlar zamanı yaşanıb.
Təkcə bu ilin II rübündə kartlarla ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 344,083 min manat (I rüblə müqayisədə 20,2 % az), kartlarla ölkəxarici fırıldaqçılıq əməliyyatlarının həcmi isə 430,104 min manat (2,3 dəfə artıb) olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















