Icma.az
close
up
RU
AYNA da hərəkət iştirakçılarına xəbərdarlıq etdi

AYNA da hərəkət iştirakçılarına xəbərdarlıq etdi

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda gözlənilən kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakşılarına xəbərdarlıq edir.

Globalinfo.az xəbərdarlığa istinadən xəbər verir ki, dekabrın 14-də proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar AYNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir.

Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, piyadalardan yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Agentlik tərəfindən sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur: “Avtomobillərinizi ağacların və dayanıqsız konstruksiyaların yaxınlığında park etməyin və bu ərazilərdə dayanmayın. Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin”.

Milli Hidrometeorologiya Xidməti dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Ağdərə, Saatlı, Sabirabad, Qazax, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, İmişli, Beyləqan, Salyan, Kürdəmir, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Göygöl, Gədəbəy, Şamaxı, Şirvanda fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Hacıqabul, Neftçala, Mingəçevir, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Ağdam, Göyçay, Zərdab, Şəmkir, Daşkəsən, Tovuz, Samux, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakən, Qax, Qusar, İsmayıllı, Ağdaş, Ucar, Lerik, Yardımlı, Qobustanda isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20,8-28,4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri