Icma.az
close
up
RU
AYNA: Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

AYNA: Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 62, 133, 168, 170, 193, 194, 206, 217, 445 və 569 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.

“Ölkə.az” AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 25 dekabr 2024-cü il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən 62 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu dəmiryolu stansiyası – N.Tusi küçəsi), 194 nömrəli (Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış kompleksi – "20 Yanvar" metrostansiyası) və 217 nömrəli (Məmmədli kəndi – "Koroğlu" NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 10-da;

168 nömrəli (Binə Atçılıq yaşayış massivi – "Koroğlu" NMM), 193 nömrəli (6-cı mikrorayon, M.Məhəmmədxan küçəsi – “Binə” ticarət mərkəzi), 206 nömrəli (Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi – “Elmlər Akademiyası” metrostansiyası və 569 nömrəli (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutları üzrə 4 Lotda yanvarın 14-də;

133 nömrəli (Binəqədi qəsəbəsi, A.İsfəhani küçəsi – "Gənclik" metrostansiyası), 170 nömrəli (Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi – “Memar Əcəmi” metrostansiyası) və 445 nömrəli (Pirallahı qəsəbəsi – “Qala” NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 17-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri