Icma.az
close
up
RU
AYNA MaaSda funksional yeniliklər tətbiq edildi

AYNA MaaSda funksional yeniliklər tətbiq edildi

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanda nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlarının təmin edilməsi, xidmətlərin əlçatanlığının və vətəndaşların istifadə təcrübəsinin daha da artırılması məqsədilə "AYNA MaaS" mobil tətbiqinin yenilənmiş versiyasında bir sıra funksional təkmilləşdirmələr həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Tətbiqdə avtobusların xəritə üzərində canlı hərəkət ikonları yenilənib, hərəkət təcrübəsi daha real və axıcı şəkildə optimallaşdırılıb. Həmçinin gəliş vaxtı (ETA) funksionallığında təkmilləşdirmələr aparılaraq, avtobusların gəlib çatmasa daha dəqiq göstərilir. Planlaşdırılan səfərlərin ayrıca bölmə kimi təqdim olunması təmin edilib və səfərlərin planlaşdırılmasında da təkmilləşdirmə işləri görülüb.

Bundan sonra sərnişinlərin təklif və şikayətləri aidiyyəti üzrə yönləndirildikdə, müraciətlər mobil tətbiq daxilində araşdırılaraq cavablandırılacaq və cavablar "Bildirişlər" bölməsində əks olunacaq. İstifadəçilər mobil tətbiq vasitəsilə Çağrı Mərkəzinə birbaşa zəng imkanı da əldə ediblər.

Həmçinin, qeydiyyat prosesində istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə alternativ giriş üsulları (Google və Apple ID) təqdim olunub.

Bundan sonra istifadəçilər GPS funksiyasını aktiv saxlamadan da səfər planlaması həyata keçirə biləcəklər.

Yeniliklərdən biri də xəritə üzərində mikromobillik istifadəçiləri üçün xüsusi zolaqların təqdim edilməsidir.

Yeni versiyada dayanacaqların digər MaaS istifadəçiləri ilə link vasitəsilə paylaşılması və həmin dayanacaqlardan birbaşa səfər planlanması mümkün olub. Nəqliyyat Mübadilə Mərkəzi dayanacaqları isə müxtəlif rənglərlə vizual olaraq fərqləndirilib.

Tətbiqdə "Seçilmişlər" (Favorites) bölməsi də yenilənib. Bu bölmə daxilində dayanacaqlar, marşrutlar və səfərlər ayrıca kateqoriyalar üzrə saxlanıla biləcək. İstifadəçilər ünvanları fərdiləşdirməklə daha sürətli səfər planlaması həyata keçirə biləcəklər.

Yeniliklər çərçivəsində daşıyıcı məlumatı, tariflər, dayanacaq siyahısı və s. daxil olmaqla, marşrut xətləri haqqında informativ məlumatlar əlavə olunub.

"AYNA MaaS" tətbiqi istifadəçilərin istəkləri əsasında daim təkmilləşdirilir. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər. Mobil tətbiqi həm "App Store", həm də "Google Play Store"dan yükləmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Aprel 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri