Icma.az
close
up
RU
AYNA nın etmədiyini Gürcüstanda çoxdan ediblər: Cəmi 70 qəpiyə 5 6 dəfə avtobusa minmək olur

AYNA nın etmədiyini Gürcüstanda çoxdan ediblər: Cəmi 70 qəpiyə 5 6 dəfə avtobusa minmək olur

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda başda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olmaqla müxtəlif qurumların baş sındırdığı ictimai nəqliyyatda gediş haqqı problemini qonşu Gürcüstan artıq bir neçə ildir ki, həll edib.

Hurriyyet.az FED.az-a istinadən xəbər verir ki, qonşu ölkədə, daha dəqiqi paytaxt Tbilisi də artıq bir neçə ildir ki, ictimai nəqliyyatda müddətli ödəniş sistemi tətbiq edilib.

Bu sistemin mahiyyəti ondan ibarətdir ki, istənilən şəxs nəqliyyatda gediş haqqı kartı alır, avtobus və ya metroya mindikdə bu kartla ödəniş edir, və qarşıdakı 1,5 saat ərzində pulsuz olaraq istənilən qədər avtobus, metro, mikroavtobus dəyişə bilər. 1,5 saat bitdikdə isə o yenidən avtobus və ya metroya daxil olanda növbəti dəfə ödəniş etməli olacaq.

Məsələn, sərnişin Tbilisinin Poniçala qəsəbəsindən şəhərin ən uzaq nöqtəsi hesab olunan Tbilisi Moll-a qədər gedir və 35-40 dəqiqə vaxt sərf edir. Əgər işini tez bitirib, yəni onun üçün müəyyən olunmuş 1 sat 30 dəqiqəlik vaxt ərzində başqa avtobusla belə, yenidən Poniçalaya qayıtdıqda pul ödəmir. Gediş kartını avtobuslarda quraşdırlımış (bütün şəhərdaxili avtobus, metro və mikroavtobuslarda xüsusi aparat quraşdırılıb) xüsusi qurğuya yaxışlaşdırdıqda, o, qeydiyyata alınır, lakin kartdan pul silinmir. Artıq bu qaydadan təkcə xüsusi kartlar deyil, maaş kartlarından da istifadə etmək mümkündür.

Bu sistemin sərnişinlər üçün nə qədər sərfəli olduğunun Azərbaycan oxucuları üçün aydın olması üçün misallarla müqayisəli izah edək.

Tutaq ki, Bakıda kimsə, saat 10-00-da Yeni Yasamaldan «İnşaatçılar» metro stansiyasına, oradan metro ilə «Xəzər» metro stansiyasına, «Xəzər»dən isə yenidən avtobusla Sabunçuya gedirsə, 3 dəfə gediş haqqı ödəməlidir – avtobus+metr+avtobus, hər dəfə 60 qəpik ödəyəndə bu adamın Yasmal Sabunçu səyahəti toplam 1,8 manata başa gəlir. 

Gürcüstandakı sistemdə isə hesablama fərqlidir. Burada sərnişin saat 10-00-da bir dəfə ödəniş edib avtobus və ya metroya daxil olubsa, qarşıdakı saat yarım ərzində, yəni saat 11-30-a qədər avtobus, metro və sair ictimai nəqliyyatdən istədiyi dəfə istifadə edirsə ödəniş etmir. Yalnız 1,5 saatlıq müddət başa çatandan sərnişin yenidən gediş haqqı ödəyir və növbəti 1,5 saat ödənişsiz hərəkət edir.

Gürcüstandakı sistemi bizim Yasamal misalı üzərindən izah etsək, sərnişin saat 10-00-da 1 lari və ya 70 qəpik ödəyərək Yeni Yasamalda avtobusa minib «İnşaatçılar» metrosuna gəlir, onun yolu cəmi 10-15 dəqiqə çəkdiyi üçün saat 10-15-də «İnşaatçılar»da metroya pulsuz daxil olur, buradan «Xəzər» stansiyasına gedir, bu yol cəmi 25-30 dəqiqə davam edir. «Xəzər» stansiyasında saat 10-45 və ya saat 10-50-də metrodan düşüb Sabunçuya gedən avtobusa minəndə də gediş haqqı ödəmir. Çünki «Xəzər»də avtobusa minəndə saat hələ 11-30 olmayıb. Bu hesabla, sərnişin hətta Sabunçuda da hansısa avtobusa pulsuz minə bilər, çünki hələ saat 11-30 olmayıb.

Nəticədə AYNA-nın idarə etdiyi sistemlə Bakıda Yeni Yasamal-“İnşaatçılar” metrosu-Sabunçu yolu sərnişinə 1,8 manata başa gəldiyi halda, göstərilən misaldakı «Gürcüstan variantında» bu, cəmi 70 qəpiyə başa gəlir, yəni 1,1 manat daha ucuz. Bu yolla geri qayıtmağı da nəzərə alsaq, gündəlik qənaət 2,2 manat, aylıq isə təqribən 66 manat qənaət deməkdir.

Bu hesablama bir nəfərin gün ərzində bir dəfə gedib qayıtması üçündür, günün başqa vaxtlarında da səyahət edəndə qənaət edilən məbləğ daha böyük olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri