Icma.az
close
up
RU
Bunu çoxdan demişdik

Bunu çoxdan demişdik

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mətanət Məmmədova

İstər kişi, istər qadın olsun, sözün düzünü demək insanlıq halıdır. Yəni, bu, həm də bir müşahidə və araşdırma qabiliyyətidir. Azərbaycanda boşanmalara səbəb yaradan əsasən qadınlardır. Baxmayaraq ki, özüm də qadınam, bunu dəfələrlə yazmışıq, “Səs” televiziyasında yayımlanan “SOS” verilişində də hələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən çox-çox əvvəl demişik.

Bunu dünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova da deyib ki, boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.

Deyərdim ki, 70 faizdən də artıqdır bu rəqəm. Baxmayaraq ki, qadın haqqında danışırıq, özümüz də qadınıq, lakin fakt budur ki, dünənədək ailənin qoruyucusu kimi tanıdığımız Azərbaycan qadını bu gün ailənin dağılmasında əsas tərəfdir. Maraqlıdır, azərbaycanlı qadın nə üçün bu vəziyyətə gəlib çıxdı? Nə üçün qoruyuculuqdan dağıdıcılığa qədər endi?

Nə istəyir qadın? Azad olmaqmı? Gözəl yaşamaqmı? Axı ailə qurmaq azadlığın əldən getməsi deyil. Gözəl yaşamaqsa ailədən kənardan çox ailə daxilindədir. Bəs nə üçün qadın yuvasını dağıdır, onu qorumaq barədə fikirləşmir? Nə üçün dünyaya gətirib canımın bir parçası dediyi övladına pislik edir, onu atasız böyütməyə çalışır? Nə üçün balanı atadan ayırır? Bəs uşaqların günahı nədir? Kim qadına bu haqqı verir ki, uşağını ataya həsrət edir. Başqa uşaqların bağçadan, məktəbdən götürməyə ataları gedəndə onların arxasınca baxıb köks ötürməsinə, tənhalıq hiss etməsinə əsas verir?

Azərbaycan qadınını kim bu hala gətirir? Nə üçün o, uşaq böyütmək kimi ağır bir vəzifəni təkbaşına üzərinə götürür? Nə üçün ailəsini dağıdır? “Onlar xasiyyətlərinin uyuşmamasını əsas gətirir”,- deyən Taliyə İbrahimova onu da vurğulayır ki, görünür, daha dərin səbəblər var.

Bu səbəblər haqqında biz çox yazmışıq. Əsas səbəblərdən birincisi üzərində heç bir nəzarət mexanizmi olmayan sosial şəbəkələrdir. Burada qadınlara təqdim olunan, onların gözünü boyayan həyatlar nümayiş edilir. Bir qədər zəif düşüncəyə malik qadın isə bunların hər birinin real həyat olduğunu zənn edir və arzuları genişlənir. Belə olan halda artıq həyat yoldaşını bəyənmir, qazancı onu qane etmir.

İnternet vasitəsilə bütün dünyaya çıxa bilən insan təbii ki, yeni tanışlıqlar da tapa bilir. Bu tanışlıqlar əsasən aldadıcıdır. Verilən gözboyayıcı vədlər əslində o qədər də rəngarəng deyil. Bu vədlərin arxasında uzun illər dayanmır. Keçici həvəs və qısa zaman kəsiyi var.

Sosial şəbəkələrdə qadın qrupları fəaliyyət göstərir. Bu qruplarda gedən söhbətlərdən xəbəri olanlar bilər ki, Azərbaycanda boşanmaların sayı nə üçün hər gün artır və bunun əsas səbəbkarı qadınlardır. Bu qruplarda bizim ailə institutumuzu dağıtmaq üçün sanki təlimatladırılmış qadınlar var. Onlar ailə dəyərlərimizə elə bir zərbə endirir ki, bunun nəticəsini hər il daha çox görür və qarşıda hələ görəcəyik də.

Və əsas səbəbə keçirəm. Bugünkü analar heç də əvvəlki analar kimi mühafizəkar deyillər. Biz görmüşük ki, ailədə bir söhbət yarananda analarımız başımıza ağıl qoyar, ay bala, ailədir, söz-söhbət olar, bağışlamağı bacar, bu gün yoxdur, sabah olar, dözməyi bacar, deyərdilər. Bu gün isə “dözmək” adlı məfhum sanki göyün yeddinci qatına qalxıb.

Bir evdə, bir ailədə ana-balanın da sözü ola bilir. İnsan cəmiyyətidir, olub, olacaq da. Deməli, bir evdə yaşayan iki ayrı dünyanın insanının da sözü ola bilər. Lakin bu sözü genişləndirmək, onun ucundan yapışıb boşanmaya qədər getmək nə qədər doğrudur? Düşünürəm ki, ya qızlar analarının sözünü dinləmir, ya da analar qızlarının başına ağıl qoymaq qüdrətini itirib. Bax, əsas səbəblərdən biri də budur.

İndi gənc qadına əri bir kəlmə söz deyə bilmir. Sabahı uşaqları da vurub qoltuğuna məhkəmələrə üz tutur. Əsassız bir məsələni ortaya qoyub boşanma davası açır. Boşanma səbəblərini bilmək üçün hakimlərə, vəkillərə müraciət etmək, onlardan səbəbləri öyrənmək, əsasın nə olduğunu aydınlaşdırmaq heç də çətin məsələ deyil.

Azad olmaq istəyir qadın? Ailə nə vaxtdan həbsxana olub?

Əsas məsələlərdən biri isə alimentlərlə və ünvanlı sosial yardımla bağlıdır. Bu hər iki məsələyə düşünürəm ki, əməlli-başlı əl gəzdirilməlidir. Qadının gözünü boyayan alimentdir. Bir də ünvanlı sosial yardım alıb öz dünyasını qurmaqdır. Düşünürəm ki, hər iki məsələnin əlçatanlığı məsələsinə yenidən baxılmalıdır. Hansı səbəbdən boşananlar kateqoriyasına daxil edilməlidir aliment və sosial yardım. Bunu boşanan tərəf də bilməli, buna görə hərəkət etməlidir.

Bax, əsas səbəblərdən bir neçəsini göstərməyə çalışdıq. Yoxa “xasiyyətimiz tutmur” demək əsaslı bəhanə deyil. Bəhanə həyat yoldaşının qazancının azlığı, qadına istədiyi həyatı verə bilməməsi, işsizlik, mənzil şəraiti və sair sosial problemlərdir. Aid qurumlar gənclərin iş, mənzil təminatı ilə bağlı proqramlar hazırlasın.

Təbii ki, boşanma hallarında həqiqətən xasiyyətin tutmaması, xəyanət, alkoqolizm və narkomaniya, zorakılıq kimi məsələlər də var. Belə olan halda əlbəttə, birgə yaşayış mümkün olmaya bilər. Bunu hər zaman anlayışla qarşılamışıq.

Necə edək ki, əsassız boşanmaların qarşısını alaq? Bu, hər bir azərbaycanlını düşündürən ən birinci məsələ olmalıdır. Birlikdə axtarılan yollar isə sözsüz, fayda verə bilər. Bunu hər zaman demişik, yenə də deyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri