Icma.az
close
up
RU
AYNA nın “parkinq cəhənnəmi”

AYNA nın “parkinq cəhənnəmi”

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözün əsl mənasında paytaxtda nəqliyyat problemlərinin “aynası”na çevrilib. Problemləri, yaradılmış süni əngəlləri və hər gün paytaxt sakinlərinin həyatını cəhənnəmə çevirən nəticələrini görmək üçün uzağa getməyə ehtiyac yoxdur, AYNA-nın “parkinq xidməti”nə baxmaq real, həm də acınacaqlı vəziyyəti anlamağa yetərlidir.
AYNA-nın parkinq xidməti fəaliyyəti başlayanda paytaxtın parklanma probleminin nəhayət həll olunacağına, park yeri uğrunda “küçə döyüşünə” bənzər mübarizənin bitəcəyinə böyük ümidlər yaranmışdı. Həqiqətən də qurum parklanma yerləri yaratdı, qiymətlər tərs-mütənasib olsa belə, müəyyən bir sistem formalaşdırıldı. Amma AYNA o qədər irəli getdi ki, paytaxtın hər yerini – ara məhəllələri, səkiləri, bir sözlə “boş yer” kimi gördüyü bütün əraziləri parklanmaya çevirdi. Halbuki, bu nə qanuna uyğundur, nə də parklanma probleminin həll edilməsi məsələsi deyildikdə bu, nəzərdə tutulmurdu.
Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına görə, Bakı şəhəri üzrə mərkəz və 4 parklanma zonası müəyyən edilib. Qərarda deyilmir ki, hər küçə, hər dalan parklanma yeridir. 
AYNA isə az qala hər səkini parklanma yeri təyin edərək, faktiki olaraq, qanunu pozur, həm də insanların yaşayış zonasına kobud müdaxilə edir. İnsanların yaşadığı evin həyətyanı sahəsi, yaxud evinin qarşısı onun yaşayış zonası hesab olunur. Və avtomobilinin park edilməsi nəqliyyatın hərəkətinə mane olmursa, yaxud digər insanların həyatına problem yaratmırsa, buna görə nə üçün ödəniş etməlidir?
AYNA-nın pulsuz park etmək üçün talonun verilməsi qaydası da sübut edir ki, qurum bütün yaşayış zonalarını zəbt edib, edə bilmədiklərini də nəzarətə götürməyi planlaşdırır. 
AYNA hələ ötən il elan etmişdi ki, pulsuz park üçün talon yalnız vətəndaşın qeydiyyatda olduğu ünvan üzrə verilir.
Bu, hansı məntiqə sığır, yaxud ölkədə qanunları AYNA təyin edir?
Qaydalara görə, avtomobili olan şəxslər “Azparking” mobil əlavəsi vasitəsi ilə müraciət edərək, 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər. 
AYNA da deyir ki, vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyilsə, yaxud yaşadığı evin çıxarışı yoxdursa, talon əldə edə bilməz. Halbuki, vətəndaşın yaşayış yeri şəxsiyyət vəsiqəsinə uyğun müəyyən edilir və bəllidir ki, paytaxt sakinlərinin yarısı, bəlkə də yarıdan çoxunun qeydiyyat ünvanı ilə yaşadığı ünvan fərqlidir. 
Yaxud hansısa vətəndaşın evinin çıxarışı yoxdursa, deməli avtomobil sürə bilməz, sürürsə, parklanma talonu əldə edə bilməz. Burada parklanma probleminin həll edilməsindən daha çox, məsələyə biznes nöqteyi-nəzərindən yanaşmanın olmasından ibarətdir. Çünki bir park talonu üçün vətəndaşdan evinin çıxarışına qədər sənəd tələb etməyin başqa adı yoxdur. Ara məhəllələrdəki vəziyyət də bunu aydın şəkildə göstərir. 
Ara məhəllələri də şəxsi sifarişlə parklanma yerinə çevirən AYNA nəzarəti təmin etmək üçün sakinlərin hüquqlarını ayaqlar altına alaraq, qanunsuz “dayanma, durma qadağandır” nişanları quraşdırır. Bir yoı nişanının qiyməti, quraşdırılması və idarə olunması minumum 2 min AZN-ə başa gəlir, bəlkə də daha çox. Gündəlik bir neçə manatlıq parkinq ödənişi üçün minlərlə manat xərc çəkmək hansı məntiqə uyğundur?! 
Görünür, AYNA rəhbərliyinin ara məhəllələri belə vətəndaşların üzünə bağlamasında biznes maraqları var. 
AYNA-nın parkinq biznesi bununla da bitmir. Misal üçün, “Azparking”in əməkdaşları paytaxt küçələrində vətəndaşları izləmək, pul toplamaq və cərimə etməklə məşğuldur. Halbuki, publik hüquqi şəxs qismində yaradılmış “Azparking”in belə bir hüququ yoxdur. Sadəcə olaraq, “Azparking” olmadan öncə mövcud olan “parkinq mafiyası”nın fəaliyyətini “publik hüquqi şəxs” adı altında davam etdirdiyini əminliklə deyə bilərik.
Amma biz deyib, biz eşidirik, AYNA rəhbərliyi isə qulaqlarını vətəndaşların müraciətinə bağlayıb. Yaşayış zonası parkinqə çevrilən vətəndaşlar AYNA rəhbərliyinə nə qədər rəsmi müraciət etsə də, bütün müraciətləri qurum tərəfindən “qulaqardına” vurulur. AYNA-nın 104 saylı çağrı mərkəzinə “düşə bilməmək” də bunun real nümunəsidir. Çağrı mərkəzi zəng edən vətəndaşları saatlarla telefonda “növbə” adı altında gözlətməklə, şikayətləri qəbul etmir.
Paytaxtda saysız-hesabsız parklanma problemi var və bnütün bu problemlər parkinq probleminin həllinə məsul olan AYNA tərəfindən yaradılıb. Problemi yaradan problemin həllindən məsul qurumdursa, o zaman, vay halımıza. Doğrudan da, halımız yamandır. Çünki AYNA paytaxtda “parkinq cəhənnəmi” yaradıb.
Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri