Icma.az
close
up
RU
Bir parkinq məsələsi : AYNA dakı qalstuklu müəllimlər anlamaq istəmirlər

Bir parkinq məsələsi : AYNA dakı qalstuklu müəllimlər anlamaq istəmirlər

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Onlar parklanma pulunun niyə yığıldığını başa düşmürlər, fəlsəfəsini anlaya bilmirlər


“Elə bilirlər ki, əsas pul yığmaqdır, məqsəd budur, dərk etmirlər ki, pul yığmaq məqsəd deyil, vasitədir - məqsəd insana xidmətdir...”



Bakıda parkinq məsələsi hələ də həllini tapmayan problemlərdəndir. Bu sahədə böyük məbləğdə vəsait toplansa da, hara getdiyi müəmmalıdır. “Azparkinq” MMC yaradılana qədər şəhərdə xaotik parklanma sistemi var idi. Sürücülərdən toplanan pulların hamısı ayrı-ayrı şəxslərin cibinə gedirdi. Nəticədə külli miqdarda vəsait dövlətdən gizlədilirdi. “AzParkinq” istifadəyə veriləndən sonra bu sahədə müəyyən qədər nizam yaradıldı. Ödənişlərin ünvanı bilindi. Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni parklama siyasəti də vəsaitlərin aqibətini sual altında qoydu. Toplanan ödənişlərin ümumi məbləği haqqında məlumat açıqlanmır, onların hansı məqsədlə istifadə edildiyi bəlli deyil. “AzParkinq” faktiki olaraq gizli qutuya çevrilib.

Bu günlərdə AzTV "AzParkinq"lə bağlı sürücülərin şikayətini lentə alıb. Reportajda AYNA-nın topladığı bu vəsaitlərin hara getdiyinə dair suala cavab axtarılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, parklanmadan əldə edilən gəlirlər yalnız şəhər infrastrukturunun inkişafına və vətəndaşlara xidmətin yaxşılaşdırılmasına yönəldilməlidir. Bu gəlirlərin aylıq məbləği barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması şəffaflığın təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, parklanma prosesində elektron nəzarət sisteminin tətbiqi zəruridir. Belə sistem yığılan vəsaitin dəqiq qeydiyyatını təmin etməklə, onun təyinatından yayındırılmasının qarşısını alacaq.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə qeyd edib ki, müxtəlif ölkələrdə özəl parklanma yerlərindən əldə olunan gəlirlər yalnız həmin parklanma xidmətlərinin təminatı ilə məhdudlaşmır: “Toplanan vəsaitlər çox vaxt şəhər və ya bölgənin ictimai nəqliyyat sisteminin inkişafına yönəldilir. Bu, həm ictimai nəqliyyatın keyfiyyətini artırır, həm də şəhərdə nəqliyyat sıxlığının azalmasına, hava çirkliliyinin minimuma endirilməsinə xidmət edir.

Eyni zamanda, bu gəlirlər yol-nəqliyyat infrastrukturunun saxlanılması və təkmilləşdirilməsi üçün də istifadə olunur. Məsələn, yolların asfalt örtüyünün yenilənməsi, zədələnmiş hissələrin təmiri, yol nişanlarının quraşdırılması və texniki baxım işləri kimi xərclər bu vəsaitlər hesabına qarşılanır. Beləliklə, parklanma gəlirləri həm ictimai nəqliyyatın səmərəliliyini artırmağa, həm də yol infrastrukturunun davamlılığını təmin etməyə xidmət edir.

Bundan əlavə, bu yanaşma şəhər büdcəsinin yükünü yüngülləşdirir və vəsaitlərin şəffaf idarə olunmasına şərait yaradır. Vətəndaşlar da daha yaxşı nəqliyyat və təhlükəsiz yol şəraiti ilə təmin olunur, bu da ümumi həyat keyfiyyətini yüksəldir”.


İqtisadçı Natiq Cəfərli isə dünyanın bir neçə ölkəsində maşın sürüb, parklanmadan istifadə etdiyini xatırladıb. O, Sherg.az-a açıqlamasında bildirib ki, həmin ölkələrdə bu vəsait bələdiyyələrə gedir, onları insanlar seçir, yığdıqları vəsaiti də bələdiyyə ərazisində, elə həmin pulu ödəyən vətəndaşlar üçün xərcləyirlər: 


“Yaxşı, bu MMC nəyə, hara pul xərcləyir? Dünyanın əksər ölkələrində, şəhərlərində istirahət və bayram günləri, axşam saat 20:00-dan sonra parklanma pulsuz olur. Bizdə bir tək bazar günü pulsuz ediblər, bayram günləri pulludur.

Bizim qalstuklu müəllimlər bir çox sahənin fəlsəfəsini anlaya bilmirlər, məsələn, verginin seçkiyə bağlı olduğunu anlamırlar, parklanma pulunun niyə yığılmalı olduğunu da başa düşmürlər, elə bilirlər ki, əsas pul yığmaqdır, məqsəd budur, dərk etmirlər ki, pul yığmaq məqsəd deyil, vasitədir – məqsəd insana xidmətdir...”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri