Icma.az
close
up
RU
AYNA tətildə gücləndirilmiş rejimdə işləyəcək

AYNA tətildə gücləndirilmiş rejimdə işləyəcək

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq dövrü və tədbir ərzində qarşıya çıxacaq məsələlərin operativ həlli və səmərəli məlumat mübadiləsinin təmin olunması məqsədilə AYNA-da Qərargah yaradılıb və fasiləsiz fəaliyyət təmin edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“AYNA-nın Monitorinq mərkəzi vasitəsilə COP29 zamanı daşımalara cəlb olunan avtobusların 24 saat ərzində izlənməsi həyata keçirilir. Sərnişinlərin COP29 müddətində ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün daşıyıcılarla iş aparılır, xəttə tələbata uyğun sayda avtobus cəlb olunması təmin edilir.

Həmçinin 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”, -bildirilib.

AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

“Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək. Qeyri-iş günləri – 9 və 12 noyabr tarixlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı KOB evi”ndə fəaliyyətini davam etdirəcək. Məqsəd beynəlxalq yükdaşımaların fasiləsizliyinin təmin edilməsidir”, - məlumatda qeyd olunub.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri