AYNA “uçan maşın”a görə tənqid edildi
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
“Bakının Heydər Əliyev prospektində baş verən qəza həqiqətən çox dəhşətli idi. Doğrudur, hələ ekspertiza nəticələri gəldikdən sonra günahkar sürücü və ya avtomobildirmi dəqiq bilinəcək. Ümummiyyətlə, taksi problemi həll olmayıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iş görməyə çalışsa da, dəyişiklik yoxdur. Yeni qayda çıxarıblar: sertifikatlı sürücü… Sizi əmin edirəm ki, yüzlərlə sürücü var sertifikat almayıb və avtomobil idarəetməni sertifikatlı sürücüdən yaxşı bacarır. Qəzanı törədənlər elə sertifikatlı sürücülərdir...”
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.
“O qədər imkanı olmayan adam var ki 76 manatı ödəyə bilməyib, kənarda qalıb. Mənasız qərarlar verməklə riskləri azaltmırsınız, hörmətli AYNA. Toplayın sahibkarları, ortaq qərar verilsin. Sahibkarlar illərlə bu işin içindədir. Siz bəlkə düşünürsünüz, qalstuk taxmaqla ağıllı olursunuz, yanılırsınız. İşi bilənlərlə ortaq qərar verməlisiniz. Bunu etmədikcə ölənlər də olacaq, xəsarət alanlar da…” – A.Həmidli qeyd edib.


