Məşhur Məmmədovun “uçan Embawood”u tənqid edildi
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Deputat Məşhur Məmmədova məxsus olduğu bildirilən “Embawood” mebel şirkətinin sosial şəbəkəsində səhifəsində aprelin 10-da Bakının Heydər Əliyev prospektində baş verən qəzanın (“uçan maşın”) fotosunun kollaj edilərək paylaşılması tənqid olunub.
Pravda.az-ın xəbərinə görə, şəbəkə istifadəçiləri bildiriblər ki, belə məsələ üzərindən reklam qazanmaq etik deyil.
Bəzi istifadəçilər də şirkətin məhsullarının boykot edilməsinə çağırış ediblər.

