Icma.az
close
up
RU
ADY Münhendə “Transport Logistic” sərgisində iştirak edir: Nüfuzlu nəqliyyat və logistika şirkətləri ilə görüşlər keçirilib

ADY Münhendə “Transport Logistic” sərgisində iştirak edir: Nüfuzlu nəqliyyat və logistika şirkətləri ilə görüşlər keçirilib

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2-5 iyun tarixlərində “Nəqliyyat və Logistika – 2025’’ (Transport Logistic 2025) beynəlxalq sərgisində iştirak edir.
Newscenter.az xəbər verir ki, ADY Almaniyanın Münhen şəhərində təşkil olunmuş nüfuzlu mobillik sərgisində xüsusi stendlə təmsil olunur. Stenddə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, şirkətin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumatlar təqdim olunur.
ADY sədri Rövşən Rüstəmov sərgi çərçivəsində bir sıra aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.
Çinin Dəmiryol Konteyner Daşımaları Korporasiyasının (“China Railway Container Transport Corp.” – CRCT) prezidenti Yanq Binlə baş tutan görüşdə iki ölkə arasında inkişaf edən nəqliyyat əlaqələri müzakirə olunub, bu xüsusda aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi və beynəlxalq multimodal daşımalar haqqında sənədlərin xüsusi əhəmiyyəti qeyd olunub.
Həmçinin Orta Dəhliz üzrə konteyner blok-qatarlarının artırılması ilə bağlı atılacaq addımlar, Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal platforma ilə bağlı fikir mübadiləsi aparılıb. CRCT-nin Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol qurumları arasında təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəyə qoşulmasının Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.
Rövşən Rüstəmov Çinin digər aparıcı logistika şirkəti “Beijing Trans Eurasia International Logistics”in icraçı direktoru Uansu Donqla da görüşüb, bu şirkətin Çindən Avropaya və əks istiqamətdə blok-qatarların göndərilməsi üzrə ADY ilə əməkdaşlığı genişləndirmək barədə təklifləri müzakirə edilib, həmçinin Orta Dəhlizlə yükdaşımaların artırılması ilə bağlı qarşıdakı dövr üçün planlar nəzərdən keçirilib.
Sərgi çərçivəsində ADY sədri həmçinin Bolqarıstanın Burqas Limanının baş direktoru Boris Balev və Almaniyanın Hamburq Limanında fəaliyyət göstərən “HHLA International GmbH” şirkətinin rəhbərliyi ilə Orta Dəhliz üzrə yükdaşıma əməliyyatlarının səmərəli təşkili üçün regional limanlar arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Almaniyanın “Rhenus Group” və Avstriya Dəmir Yollarının (ÖBB) “ÖBB Rail Cargo Group” şirkətlərinin rəhbər heyəti ilə baş tutmuş görüşlərdə isə Çin–Avropa–Çin nəqliyyat bağlantısı ilə Azərbaycan üzərindən yükdaşımaların daha səmərəli təşkili üçün görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı həmçinin Azərbaycanın Şərq-Qərb bağlantısında mühüm qovşaq kimi aparıcı rolu, nəqliyyat infrastrukturunun, o cümlədən Bakı–Tbilisi–Qars dəmiryol xəttinin perspektivləri diqqətə çatdırılıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri