“Ayntraxt” həyatını itirmiş futbolçunun adını ehtiyat oyunçuların siyahısına daxil edib FOTO
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Ötən gün Çempionlar Liqasının üçüncü turunda baş tutan “Ayntraxt” - “Liverpul” oyununda yol-nəqliyyat hadisəsi nəticəsində faciəli şəkildə həlak olan Portuqaliya yığmasının sabiq futbolçusu Dioqu Jotanın xatirəsi anılıb.
İdman.Biz xəbər verir ki, Almaniya klubunun rəhbərliyi stadionun elektron tablosunda, “Liverpul”un ehtiyat oyunçularının siyahısına simvolik olaraq Dioqu Jotan adını da əlavə edib.
Xatırladaq ki, “Ayntraxt” – “Liverpul” oyunu İngiltərə klubunun 1:5 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərənin “Liverpul” klubunun və Portuqaliya yığmasının futbolçusu olmuş Dioqu Jota 2025-ci il iyulun 3-də yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Futbolçu hadisədən 11 gün əvvəl - iyunun 22-də ailə həyatı qurmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 23 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















