Icma.az
close
up
RU
Ayrılmadı könül candan...

Ayrılmadı könül candan...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ruhun şad olsun, Ulu Öndər!

Bu il Zəfərimizin 5 yaşını qeyd etdik

Səndən başlayan ZƏFƏR YOLU davam edir və davam edəcək!

Elə tarixi şəxsiyyətlər var ki, cismən əbədiyyətə qovuşsalar da, əbədiyaşarlıq qazanırlar, xalq və dövlət onların əməllərindən, parlaq ideyalarından hər zaman bir mayak kimi bəhrələnir. Hər bir azərbaycanlının xatirəsinə böyük ehtiram bəslədiyi dahi insan Heydər Əliyev kimi.

Tarixin bu günündə - 2003-cü il dekabrın 12-də Azərbaycana Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasından acı xəbər gəldi. Həmin xəbərdə adı müasir tariximizə qızıl hərflərlə yazılan, müstəqil Azərbaycanın möhkəm təməlini yaradan, bizləri heç vaxt dəyərini itirməyəcək azərbaycançılıq ideologiyası, gələcək inkişaf konsepsiyası ilə silahlandıran Ulu Öndər Heydər Əliyevin vəfat etdiyi bildirilirdi. Xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq Ümummillli Liderimiz dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olundu. Həmin gün Bakı küçələri insan selinə qərq olmuşdu. Üzlərdə, baxışlarda, qəlblərdə ağır hüzn var idi. Hər hər bir azərbaycanlı milli qürur simvoluna çevrilmiş Heydər Əliyevə son borcunu verməyə tələsirdi.

Vəfatından 22 il ötməsinə baxmayaraq, bu gün də Heydər Əliyev düşüncələrimizdə və qəlbimizdədir. Ötən illər Onu bizdən əsla uzaqlaşdırmır, əksinə zaman keçdikcə Ulu Öndərin Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur.

Keçmiş sovet rejiminin ideoloji buxovlarını sındıran tarixi şəxsiyyət

Tarixdə şəxsiyyət-liderlərin rolu mövzusu həmişə aktual olub. Ayrı-ayrı ölkələrin təcrübəsindən, keçdikləri yoldan bəlli olduğu kimi, parlaq zəkası, cəsarəti, digər müstəsna keyfiyyətləri ilə xalqın inam və güvənc yerinə çevrilən liderlər həmişə cəmiyyətə yeni ideyalar ötürüblər, ən çətin anlarda belə insanları ümidsizliyə qapılmağa qoymayıblar, onları milli məfkurə ətrafında birləşdiriblər, mübarizəyə ruhlandırıblar. Sözün geniş mənasında liderlər zamanın məhdud çərçivəsinə sığmayaraq zəruri hallarda tarixin axarını dəyişməyi bacarırlar.

Azərbaycan üçün belə əvəzolunmaz sima misilsiz fəaliyyəti ilə xalqımızın ümummilli lideri səviyyəsinə yüksələn Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyev barəsində söhbət açanda  ilk növbədə Onun müdrikliyi və milli təəssübleşliyi, xalqına bağlılığı yada düşür. O, uzaqgörən olduğu qədər də milli təəssübkeş idi, bu Vətənin, bu xalqın oğlu olduğuna görə sonsuz qürur duyurdu.

Məlumdur ki, Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji formasiyada rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi.

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Ulu Öndərin milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli-mədəni irsin xalqın özünüdərk hissinin yüksəlməsində rolunu yüksək qiymətləndirən Heydər Əliyev ənənələrin qorunub saxlanılmasını, Bakıda ədəbiyyat və incəsənət xadimlərinə abidələrin ucaldılmasını, klassik şair və yazıçıların əsərlərinin çapını daim diqqət mərkəzində saxlayırdı ki, bütün bunlar da insanlarda milli mənsubiyyətə görə sonsuz qürur yaradırdı. Məhz Heydər Əliyevin milli təəssübkeşliyinin nəticəsi idi ki, Azərbaycan dili respublikamızda konstitusiya ilə dövlət dili statusu qazandı.

Ümummilli Liderin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsalarına çevrildi. Bu zəngin irsdən kənarda müstəqil respublikamızın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev Azərbaycanın sovet hakimiyyəti illərində müstəqil olmasa da, inkişaf etdiyini, ələlxüsus da ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandığını məmnunluq hissi ilə diqqətə çatdıraraq vurğulayıb:  “70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik, Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır”.

Cəsarət və milli təəssübkeşlik fədaisi

Öndər öndər Heydər Əliyevin həyat və fəaliyyətini qısa şəkildə səciyyələndirsək, bu böyük insanın  ömrünün bütünlüklə xalqına, Vətəninə  bağışlandığı fikrini qətiyyətlə ifadə edə bilərik. Onun həyatı cəsarət nümunələri-ən kritik məqamlarda belə gözləmə mövqeyi tutmadan Azərbaycan üçün zəruri olan addımları atması, taleyüklü qərarlar qəbul etməsi kimi məqamlarla zəngindir. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Hadisələrin birbaşa günahkarları olan keçmiş ittifaqın rəhbərliyi Bakıda törədilən qırğın barədə xəbərlərin imperiyanın özündə və sərhədlərindən kənara yayılmasını qətiyyən istəmirdi və bu məqsədlə repressiv tədbirlərə əl atılırdı. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi. Ulu Öndər bu cəsarətli addımı ilə bir tərəfdən imperiya qüvvələrinə meydan oxudu, digər tərəfdən isə Azərbaycan ətrafında informasiya blokadasını yardı, xalqına böyük təsəlli vermiş oldu.

Ulu öndər  Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyalarında da böyük cəsarət nümayiş etdirərək Dağlıq Qarabağla, respublikamızın müstəqilliyi ilə bağlı fikirlərini açıq şəkildə dilə gətirdi. Ulu Öndər təzyiqlərə baxmayaraq sonrakı illərdə də müstəqillik ideyalarının müdafiəsində dayandı. 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referendumu yada salaq. Respublikanın o vaxtkı rəhbərlərinin loyallığının, qətiyyətsizliyinin, müstəqillik ideyalarından uzaq olmalarının nəticəsi idi ki, Azərbaycan da həmin referenduma qoşuldu. Lakin burada da Heydər Əliyev nə qədər qətiyyətli olduğunu nümayiş etdirdi. Ulu Öndər Naxçıvanın referendumda iştirak etməməsi ilə bağlı çağırış etdi və keçmiş ittifaqin, Azərbaycanın sabiq rəhbərliyinin təkidlərinə, hədə-qorxularına rəğmən bu çağırışını geri götürmədi. Beləliklə də, Naxçıvan saxta referenduma qoşulmadı.

Heydər Əliyev yox, başqa kim imperiyanın mövcudluğu şəraitində belə cəsarətli addımlar ata bilərdi? Sualın cavabı bəllidir: Heç kim!  Bunu ancaq cəsarət və milli təəssübkeşliyin zirvə nöqtəsində qərar tutan Heydər Əliyev edə bilərdi və etdi də!

Naxçıvandan başlayan və bütün ölkə miqyasında davam etdirilən müstəqillik mücadiləsi

Qeyri-sağlam məntiqlə keçmiş ittifaq rəhbərliyindən uzaqlaşdırılan Heydər Əliyev həyatının sonrakı mərhələsində əvvəlcə blokada şəraitində olan Naxçıvanda, sonra isə bütün ölkə miqyasında müstəqillik mücadiləsi apardı. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına Heydər Əliyev Sədrlik edirdi. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Xatırladaq ki, həmin dövrdə hələ Sovet İttifaqı kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Eyni zamanda, Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı.

Müstəqilliyimizin ilk illərinin mənzərəsini göz önündə canlandıranda Heydər Əliyev dühasının hüdudsuzluğu, Onun Bakıya qayıdışının və paytaxtda ölkəyə rəhbərliyə başlamasının nə qədər böyük məna kəsb etdiyi barədə konkret təsəvvür yaranır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində bütövlükdə Azərbaycanda çox ağır vəziyyət hökm sürürdü. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Belə ağır məqamda insanlar təkidlə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdilər. Heydər Əliyev həmin ağır günlərdə xalqını tək buraxmadı və respublikamızın rəhbərliyinə qayıtmağa razılıq verdi. O, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə  Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı.

Azərbaycan xalqının böyük etimadı əsasında Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, sonra isə1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi.  Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Prezident İlham Əliyev ölkəmizin real müstəqilliyinin əsasının 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladaraq vurğulayıb: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Heydər Əliyev yolu ilə tarixi zəfərlərə

1993-cü ildən başlayan qurtuluş yolu ilə inamla irəliləyən Azərbaycan böyük uğurlara imza atıb. Bu uğurların təməlində dayanan əsas amil isə Heydər Əliyevin əsasını qoyduğu siyasətin son 22 ildə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsidir. Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. O, verdiyi vədə sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.

Azərbaycanda Heydər Əliyevin əsasını qoyduğu siyasətin dövlətimizin başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilməsi ölkəmizin bugünkü müsbət reallıqlarını yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.

Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin təmin olunması sayəsində respublikamız özünün iqtisadi mütəqilliyini və bu əsasda siyasi müstəqilliyini tam təmin edib. Bu gün Azərbaycan heç bir kənar gücdən asılı deyil, beynəlxalq səviyyədə özünün milli maraqlarını qətiyyətlə qoruyur. Qısa müddətdə respublikamız regionun lider dövlətinə çevrilib. Eyni zamanda, dünyada Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin möhkəmlənməsini hədəfləyən təşəbbüsləri, ölkəmizin mövqeyi nəzərə alınaraq qəbul olunur.

Müstəqil Azərbaycanın ən böyük uğurları isə heç şübhəsiz ki, 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində şanlı zəfərlər qazanmasıdır.  Bu qələbələr sayəsində respublikamız ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edib. Bu gün respublikanın bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir, artıq Böyük Qayıdışa start verilib. Bütün bunlar isə müstəqil Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Vətən müharibəsində qazanılan tarixi qələbənin 5-ci ildönümündə də biz Heydər Əliyevin xatirəsini böyük ehtiramla anırıq. Çünki dövlətimiz, Prezident İlham Əliyev məhz Ulu Öndərin ideyalarına sadiq qalmaqla, Onun yolunu davam etdirməklə xalqımızı haqqı çatdığı zəfərlərə qovuşdurdu. Bu qələbələr, Şuşanın, digər ərazilərimizin azad edilməsi Heydər Əliyevin  ən böyük arzusu idi və O, buna möhkəm inanırdı. İlham Əliyev xoşbəxt Liderdir ki, Ata vəsiyyətini yerinə yetirib.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see208

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see207

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see141

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see134

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see130

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri