Icma.az
close
up
RU
Aysberqlər Şimal Buzlu okeanında həyatı necə dəyişdi?

Aysberqlər Şimal Buzlu okeanında həyatı necə dəyişdi?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər Arktikada qeyri-adi bir hadisə qeydə alıblar: tərkibində böyük daşlar və çöküntü süxurları olan, demək olar ki, qara rəngli aysberqlər yüzlərlə kilometr məsafədə hərəkət edərək Şimal Buzlu okeanının dibindəki ekosistemləri köklü şəkildə dəyişdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Nature” jurnalında dərc olunan yeni araşdırmada bildirilir.

Tədqiqat müəllifləri bu prosesin birbaşa qlobal istiləşmə nəticəsində buzlaqların sürətlə əriməsi ilə bağlı olduğu qənaətinə gəliblər.

Tədqiqatçılar izah ediblər ki, əksər aysberqlər buzlaqların quruda hərəkəti zamanı topladığı daş və torpağı daşıyır. Lakin 2021-ci ildə "Polarstern” tədqiqat gəmisində aparılan ekspedisiya zamanı alimlər demək olar ki, tamamilə qara görünən qeyri-adi aysberqlər müşahidə ediblər.

Mütəxəssislərin sözlərinə görə, bu nəhəng buz kütlələri ən yaxın buzlaqlardan yüzlərlə kilometr uzağa tonlarla daş materialı daşıya bilir. Nümunələrin analizi göstərib ki, aysberqlərdə tapılan süxurlar dəniz dibinin təxminən 2500 metr dərinliyində aşkarlanan daşlarla uyğun gəlir.

Alimlər müəyyən ediblər ki, bu cür qaya fraqmentlərinin artması artıq dərin dəniz ekosistemlərinə təsir göstərir. Hausgarten tədqiqat stansiyası ərazisində 2015–2017-ci illər arasında dəniz dibində daşların sıxlığı nəzərəçarpacaq dərəcədə artıb. Yeni sərt səthlər qısa zamanda süngərlər, aktiniyalar və digər orqanizmlər tərəfindən məskunlaşıb; əvvəl yumşaq dibdə yaşamaq çətin idi.

Tədqiqatçılar bildiriblər ki, hətta az miqdarda daş belə yeni yaşayış mühitləri yarada və canlıların yeni koloniyalarını formalaşdıra bilir. Bir neçə il ərzində bu ərazilərdə dərin dəniz faunasının müxtəlifliyi və sayı əhəmiyyətli dərəcədə artıb.

Son 40 ilin məlumatlarının təhlili göstərir ki, Qrenlandiya və Şpisbergen arasında əsas dəniz keçidi olan Fram boğazında aysberqlərin sayı artır. 2000-ci ilə qədər bu göstərici müşahidələrin təxminən 5 faizində qeydə alınırdısa, son onilliklərdə bu rəqəm 26 faizə yüksəlib.

Alimlər bu dəyişiklikləri Qrenlandiyanın şimal-şərqində və Rusiya Arktikasında buzlaqların sürətlə parçalanması ilə əlaqələndirirlər. Dəniz buzunun azalması da aysberqlərin hərəkətini əvvəlki kimi ləngitmir. Nəticədə buz kütlələri daha sürətlə drif edir, daha aktiv əriyir və okean dibinə daha çox material buraxır.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, bu proses təkcə ekosistemlərə deyil, həm də dəniz nəqliyyatına təsir göstərir. Arktik sularda aysberqlərin artması yük və kruiz gəmiləri üçün əlavə risk yarada, həmçinin şimal bölgələrində balıqçılığın inkişafını çətinləşdirə bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyun 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri