Aysel: 4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Aysel Əlizadə keçirdiyi əməliyyatla bağlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, əməliyyat estetik məqsəd daşımayıb və səhhətində yaranan problem səbəbindən təcili müdaxiləyə ehtiyac yaranıb.
Ayselin sözlərinə görə, bağda olarkən yemək yeyən zaman qəfil ağrıları başlayıb. Əvvəlcə narahatlığın keçəcəyini düşünsə də, vəziyyəti getdikcə ağırlaşıb. Bundan sonra yaxınlıqdakı klinikaya müraciət edən müğənni həmin gün əməliyyata alınıb.
İfaçı qeyd edib ki, əməliyyatın böyük olmadığı deyilsə də, bərpa prosesi onun üçün kifayət qədər çətin keçib. O, dörd gün ərzində ağrıkəsici qəbul etdiyini və ciddi ağrılar yaşadığını bildirib.
Müğənni əlavə edib ki, əməliyyat ənənəvi kəsik üsulu ilə deyil, lazer vasitəsilə həyata keçirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:178
Bu xəbər 16 İyun 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















