Aysel Bayramova İŞDƏN ÇIXDI
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel Bayramova öz istəyi ilə vəzifəsindən azad olunub.
O, Azərbaycanın peşəkar su mühəndisliyi şirkəti olan “Aqualink”də fəaliyyətə başlayıb.
Müvafiq əmrlə A.Bayramova “Aqualink” şirkətinin Satınalma, təchizat və tenderlər şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, A.Bayramova 2022-2024-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2024-2026-cı ildə TƏBİB-də şöbə müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan brendi “Aqualink” 2010-cu ildən fəaliyyət göstərir. Dünyanın 50-dən artıq qabaqcıl su mühəndisliyi və kimya şirkəti ilə tərəfdaşlığa malik olan şirkət indiyədək 200-dək iri layihə həyata keçirib və bir çox layihələrdə tərəfdaşlıq edib. /Yurd.Media/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















