Icma.az
close
up
RU
Aysellə Oqtayın məhkəməsi oldu

Aysellə Oqtayın məhkəməsi oldu

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. 

Axşam.az-ın məlumatına görə, buna səbəb Oqtayın aliment ödəməməsi və onun sosial şəbəkədə canlı yayımda Ayseli tənqid etməsi olub. Bloger sonuncu dəfə məhkəmə qərarını paylaşıb və ondan razı qalmadığını bildirmişdi.

Aysel yenidən Oqtaya qarşı iddia qaldırdığını deyib:

"Haqqını qorumaq, şəxsiyyətini və adını təmiz saxlamaq üçün səssizliyi sındırmalı olursan. Bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsində qarşı tərəf barəmdə irəli sürdüyü bütün iddiaları bir-bir danmışdı. Gah deyirdi “mən Aysel Şükürova haqqında danışmamışam”, gah deyirdi “başqa Aysel idi”, gah da məsuliyyəti üzərindən atıb “kimsə öz üzərinə götürübsə, bu mənim problemim deyil” kimi ifadələrlə ziddiyyətli və əsassız müdafiə göstərmişdi. Məhkəmə isə sübutların kifayət etmədiyini əsas gətirərək işə xitam vermişdi.

Ancaq bu məsələni burada buraxmadım. Vəkilimlə birgə Apellyasiya Məhkəməsinə müraciət etdik. Bu gün səhər saatlarında keçirilən məhkəmə prosesində 3 hakim qarşısında bir daha gördüm ki, yalan nə qədər gizlədilsə də, bir gün özünü ələ verir. Qarşı tərəf yenə eyni taktikanı seçdi, dediklərini dandı".

Aysel apellyasiya məhkəməsində qalib gəldiyini deyib:

"Amma bu dəfə biz susmadıq. Topladığımız bütün sübutları, əlimizdə olan videoları, şahidlərin mövcudluğunu ortaya qoyduq. Və Apellyasiya Məhkəməsində qalib gəldik. İş yenidən Nəsimi Rayon Məhkəməsinə qaytarıldı.

Bugünkü mühüm qalibiyyət mənim üçün çox şey ifadə edir. Sadəcə qanuni mübarizəm deyil, həm də bir qadın olaraq öz ləyaqətimi, adımı və şəxsiyyətimi qorumaq uğrunda atdığım güclü bir addımdır. Qarşı tərəfin o anda donub qalan üz ifadəsini görmək belə hər şeyə dəyərdi. Amma bu son deyil. Bu sadəcə başlanğıcdır. Mən bu yolu axıra qədər gedəcəyəm. Çünki bəzi insanlarla anladığı dildə danışmaq lazımdır".

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri