Ayxan Abbasov: “Bu hakim bizim oyunlara düşəndə çox zəif idarə edir”
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şamaxı” Misli Premyer Liqasının 34-cü turunda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– İstəyərdim ki, xal qazanaq. Bu mövsüm “Sabah”la oyunlarımız mübarizəli keçirdi. Rəqib bu il bizə qalib gəlməmişdi. Bu gün bacardılar. Standart vəziyyətlərdə uduzduq. Gənc futbolçulara şans verdik. Heyətdə dəyişikliklər etmişdim. Bəzi oyunçuları meydanda görmək istəyirdim. Buna baxmayaraq futbolçularıma ilboyu göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. “Şamaxı” qarşısına qoyulan məqsədə çatdı. Mövsüm bitəndən sonra gələcək planlar haqda fikirləşəcəyik.
– Hakimlikdən çox narazı idiniz…
– Fərid Hacıyevdən həmişə narazı olmuşam. Çox danışmaq istəmirəm. Deyirik gəncdirlər, həmişə dəstək oluruq. Top çıxıb, foul verir. Ayıbdır. Uşaqların bu boyda əziyyətini yerə vurur. Həmin hücum korner oldu. Korner də qolla nəticələndi. Neçə epizod oldu ki, sarı vərəqə vermədi. Bundan sadə epizodlarda bizə “sarı” verirlər. Fərid Hacıyev oyunu zəif idarə etdi. Bu hakim bizim oyunlara düşəndə çox zəif idarə edir. Bilmirəm nədən irəli gəlir.
Baxış sayı:78
Bu xəbər 09 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















