Icma.az
close
up
RU
“Ayxan Abbasov Fernando Santuşdan fərqli daha abırlı məğlubiyyətlərlə yadda qalır”

“Ayxan Abbasov Fernando Santuşdan fərqli daha abırlı məğlubiyyətlərlə yadda qalır”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Yığmamız İslandiyaya uduzmaqla azarkeşlərin olan-qalan ümidlərini də puç etdi.

Biz isə mütəxəssislərlə söhbətdə bəzi əsas suallara cavab axtarmağa çalışdıq: bu dəfə yaxşı nəticə əldə etmək üçün nə çatmadı? Ümumiyyətlə, problem baş məşqçidədi, yoxsa futbolçularda? Ayxan Abbasov oyun üçün optimal taktika seçmişdimi?
Bu sualların cavabını tanınmış mütəxəssis Vaqif Sadıqovdan və həmkarımız Emin Abbasovdan soruşduq.
Vaqif Sadıqov:

“Hər birimiz ümid edirdik ki, Ayxan Abbasovun rəhbərliyi altında qələbə qazanarıq. Təəssüf ki, mümkün olmadı. İki fərqli hissə izlədik. İlk yarıda çəkinən milli komanda gördük. Bilmirəm, hansı plan üzrə belə oldu. Millimizi tanıya bilmədik. İkinci hissədə isə yığmamız tam potensialını ortaya qoya bilməsə də, daha aqressiv, yaxşı oynadı. Qol imkanlarımız da oldu. Onu da nəzərə alaq ki, xeyli itkilərimiz var idi. Gənclərimiz debüt etdi. Bu çox müsbət məqamdı, gələcəyə atılan addımdı. Ümid edirik ki, milli komandamız oyundan-oyuna inkişaf edəcək, azarkeşlərimizi sevindirəcək. İlk hissədə rəqib hücuma çıxmağa imkan vermədi. İki qol vurandan sonra İslandiya müdafiədən oynamağa üstünlük verdi. Rüfət Abbasov da, Abbas Hüseynov da hücuma güc qatırdı. İlk hissədə müdafiədə qalmaları da məşqçi qərarı idi. Tək bizim oyunçuları yox, rəqibi də nəzərə almalıyıq. Onlar üç xal üçün gəlmişdilər. Bizi də yaxşı təhlil etmişdilər. Heyif, erkən qol buraxdıq. İkinci qolun da buraxılması planları pozdu. Millimizin timsalında yaxşı oyunu qollar buraxandan sonra gördük. Ən vacibidi odu ki, gənclərimiz, debütantlarımız özünü yaxşı tərəfdən göstərdi”.

Emin Abbasov:

“Rəqibin nəticəyə oynayacağı əvvəldən bəlli idi. Çünki növbəti mərhələyə çıxmaq üçün hələ də şanslarını saxlayırdılar. Hər halda, mən Bakıda ən pis halda heç-heçə gözləyirdim, düşünürdüm ki, İslandiyadan xal almaq olar. Çünki Ukraynadan evdə xal ala bilmişdik. Təəssüf ki, oyun istədiyimiz kimi başlamadı. Dərin müdafiəyə oturmuşduq, demək olar ki, hücuma çıxa bilmirdik. Topu özündə saxlayan İslandiya hesabı açdı. Bundan sonra bir neçə təhlükəli hücuma çıxsaq da, fərqlənə bilmədik - keyfiyyət problemi oldu. Bəlkə də bu şanslardan yararlanıb hesabı bərabərləşdirsəydik, başqa nəticə ola bilərdi. Amma əvəzində İslandiya “ev tapşırığı” üzrə ikinci topu qapımıza göndərdi. İkinci hissəyə yaxşı başladıq, şanslarımız da oldu. Rüfətin yaxşı zərbəsi var idi, Anatoli boş qapıya düşə bilmədi. Bunlar keyfiyyət göstəriciləridi. Bizim kimi millinin İslandiyaya qarşı nə qədər epizodu ola bilər ki? İki-üç. Onu da yaratdıq. Düşən şanslardan istifadə edə bilsəydik, yəqin ki, yaxşı nəticə ilə ayrılmaq mümkün olardı. Məşqçinin taktikasına gəlincə, Ayxan Abbasov “Şamaxı”da, “Turan Tovuz”da, əvvəlki komandalarında hansı sistemlə oynayıbsa, o sistemi də tədbiq edir. Beş müdafiəçi, iki dayaq yarımmüdafiəçisi, irəlidə üç nəfər. Ayxan Abbasovun özəl sistemi budu. Kim sisteminə uyğundusa, onu da oynadır. Problem nə baş məşqçidədi, nə də futbolçularda. Problem Azərbaycan futbolu ilə bağlıdı. Olanımız budu. İllər boyunca yaxşı futbolçu yetişdirib xaricə göndərə bilməmişik. Baş məşqçi məsələsi isə... Milli Ayxan Abbasova qədər çiçəklənmirdi, böyük nəticələr qazanmırdı ki, indi də o gəlib korlaya. Ayxan Abbasov Fernando Santuşdan fərqli daha abırlı məğlubiyyətlərlə yadda qalır. Artıq 5-6 qol buraxaraq məğlub olmuruq. Fransa kimi güclü yığmaya cəmi üç qolla məğlub olduq. Nə qədər qəribə səslənsə də, biz bu gün bununla təsəlli tapırıq. Problem ümumi sistemdədi, düzgün aparılmayan işlərdədi. Problemlərdən danışsam, çox uzun ola bilər. Fransa ilə oyunu yola verəndən sonra qarşıdan Millətlər Liqası gəlir. Orda yəqin Ayxan Abbasovun qarşısına şərt qoyulacaq ki, bizi C liqasına qaytarsın. Davamını da federasiya götür-qoy etməlidi. Birmənalı şəkildə görünür ki, milli komandada yerli məşqçilər çalışmalıdı. Əcnəbiləyə milyonların dağıtmağın mənası yoxdu. Bir çox məsələlər var ki, dəyişmək lazımdı. Yəqin ki, AFFA, yeni rəhbərlik bunun üzərində çalışacaq”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Noyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri