Icma.az
close
up
RU
Ayxan Abbasov: İlk dövrədə 13 xal qazanmaq Şamaxı üçün yaxşıdır

Ayxan Abbasov: İlk dövrədə 13 xal qazanmaq Şamaxı üçün yaxşıdır

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının ilk dövrəsində 13 xal qazanmaq "Şamaxı" üçün yaxşıdır.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Misli Premyer Liqasının XI turunda "İmişli"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşü dəyərləndirib:

"Bilirdik ki, bu üç xal bizim üçün vacibdir. Turnir cədvəlində həm yerimizi möhkəmləndiririk, həm də rəqibdən bir xal irəliyə çıxırıq. Ümumi götürsək, birinci dövrədə 13 xal qazanmaq "Şamaxı" üçün yaxşıdır. Bəzi oyunlarda itkilərimiz oldu. Amma əsas odur ki, komanda olaraq istədiyimiz oyunu göstərdik. Bugünkü matçda oyun intizamından qopmadıq. İkinci hissədə daha çox üstünlüyümüz oldu. Birinci hissənin ilk 15-20 dəqiqəsində rəqibin üstünlüyü vardı. Deyərdim ki, çempionatda ən vacib qələbələrdən birini qazandıq. Fasilədən səmərəli istifadə edib xal ehtiyatımızı artırmağa çalışacağıq".

Baş məşqçi azarkeşlərə təşəkkür edib:

"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Həqiqətən onları bu gün evdə sevindirmək istəyirdik və bu bizə nəsib oldu. Çətin oyun idi. İmişli komandası bu il hər kəsi təəccübləndirir. Həqiqətən I Liqadan Premyer Liqaya çıxıb hər bir rəqibə qarşı yaxşı mənada müqavimət göstərir və xal qazanır. Ona görə də "İmişli"yə uğurlar arzulayıram".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri