Icma.az
close
up
RU
Ayxan Abbasov: “Layiq olmadığımız halda məğlub olduq”

Ayxan Abbasov: “Layiq olmadığımız halda məğlub olduq”

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının XXV turunda "Şamaxı" "Araz-Naxçıvan"a məğlub olub - 0:1.

Apasport.az xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Artıq neçənci dəfədir ki, layiq olmadığımız halda məğlub oluruq. Üstün oynayırıq, qol epizodları bizdə çox olur. Təəssüf ki, bunları dəyərləndirə bilmirik. Bu gün rəqibə heç epizod vermədik və öz qapımıza qol vurduq. Amma buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular, təslim olmadılar. Bu ayda 5-ci oyunumuz idi. Heyətdə çox dəyişiklik edə bilmirik. Sevinirəm ki, "Araz-Naxçıvan" kimi komandaya qarşı üstün oynadıq. Belə məğlubiyyətlər olur. Bəlkə də indi xalımız çox olardı. Bir çox matçda yaxşı oynamışıq, amma fürsətləri dəyərləndirə bilməmişik. Son ötürmələrdə, son vuruşlarda inkişaf etməliyik. Buna vaxt lazımdır. Çempionat davam edir. Fasilədən sonra yaxşı hazırlaşıb sona qədər mübarizə aparacağıq".

- "Şamaxı"nın futbolçularını millidə görmək ehtimalı var?
- Bizim bir neçə futbolçumuz U-21 millisinin əsas oyunçularıdır. Əsas milliyə çağırmaq istəyərdim. Bir neçə gənc oyunçu stabil çıxış edir. Həm də bunu haqq edirlər. Amma U-21-in iki çətin oyunu var. Biz onları da fikirləşirik. Bu futbolçular böyük oyunları da oynamalıdır. İstəyirəm ki, onlar əsas milliyə gələndə hazır olsunlar. A millidə 10-15 dəqiqə oynamaqdansa, U-21-in heyətində Portuqaliyaya qarşı 90 dəqiqə oynamaq daha yaxşı olar.

- Millidə qarşınıza hansı məqsəd qoyulub?
- Məqsəd deyəndə ki, qalib gəlməliyik.

- Son mətbuat konfransında klub rəhbərlərini tənqid etmişdiz. Konkret olaraq kimləri nəzərdə tuturduz?
- Bizim problemimiz odur ki, mətbuat konfransına qulaq asmırıq. Kimin kiminlə problemi varsa, ora yozur. Mənə verilən suala baxmaq lazımdır. Həmişə mənə verilən suallara cavab verirəm, fikrimi bildirirəm. Sual verilmişdi ki, bizdə uğursuzluq olanda tək məşqçilər dəyişir, ancaq dünya praktikasında uğursuzluq olanda klub rəhbərləri istefa verirlər. Mən də dedim ki, bəli belə bir şey var. Bu, heç kimə şamil olunmur. Hərə bir yerə yozub. Suala cavab vermişəm. Hansısa şəxslə problemim yoxdur.

- Millinin keçmiş üzvlərindən növbəti toplanışa dəvət etməyi planlaşdırdığınız kimsə var?
- Var. 25-ci turun oyunlarını gözləyirik. Hansısa zədə ola bilər. Həm yeni adlar olacaq, həm də son vaxtlar dəvət olunmayanları çağırmağı düşünürük.

"Baku Sportinq"in futbolçusu mükafatlandırılıb “Şamaxı” - “Araz-Naxçıvan”: START HEYƏTLƏR Premyer Liqa: XXV turun 5 oyununun təyinatları açıqlanıb “Neftçi” 89 yaşını qeyd edir - VİDEO AFFA nümayəndələri UEFA-nın seminarında
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Mart 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri